2026-cı ilin ən güclü PASPORTLARI
Dünyanın ən güclü pasaportuna sahib ölkələrin adları açıqlanıb.
Adalet.az xəbər verir ki, bu barədə "Henley Passport Index" hesabat yayımlayıb.
Hesabata əsasən, Sinqapur pasaportu 195 ölkəyə vizasız giriş imkanı verərək birinci yerdə qərarlaşıb. Yaponiya və Cənubi Koreya isə 188 istiqamətə vizasız səyahət imkanı ilə ikinci pilləni bölüşüb.
Avropa ölkələri üst sıralarda qərarlaşıb:
• 3-cü sırada Danimarka, Lüksemburq, İspaniya, İsveç və İsveçrə yer alıb (186 istiqamət),
• 4-cü sırada Avstriya, Belçika, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, İrlandiya, İtaliya, Niderland və Norveç qərarlaşıb (185 istiqamət),
• 5-ci sırada isə Macarıstan, Portuqaliya, Slovakiya, Sloveniya və Birləşmiş Ərəb Əmirlikləri (BAƏ) 184 istiqamətə vizasız giriş imkanı ilə yer alıb.
• 6-cı sırada Xorvatiya, Çexiya, Estoniya, Malta, Yeni Zelandiya və Polşa,
• 7-ci sırada Avstraliya, Latviya, Lixtenşteyn və Böyük Britaniya yer alıb.
Hesabata görə, Böyük Britaniya son bir ildə ən böyük geriləməni yaşayan ölkə olub. Britaniya pasaportunun vizasız giriş imkanı olan ölkələrin sayı 182-yə düşüb və son 12 ayda 8 istiqamət itirilib.
• 8-ci sırada Kanada, İslandiya və Litva (181),
• 9-cu sırada Malayziya (180),
• 10-cu sırada isə ABŞ (179) qərarlaşıb.
Qeyd olunur ki, ABŞ 2025-ci ilin sonunda qısa müddətə ilk 10-luqdan çıxsa da, sonradan yenidən siyahıya daxil olub./Unikal
Digər Xəbərlər
08 Sentyabr 2026 12:47
Oyuncaq avtomobillə Bakı yollarında şütüdü - VİDEO
08 Sentyabr 2026 07:56
Ev alarkən satıcıya verilməli olan ilk sual açıqlandı
08 Sentyabr 2026 07:38
Nuhun gəmisinin sirri açılır? - Düz bucaqlar, dəhlizlər...
08 Sentyabr 2026 07:13
Sürücülər bu mahnılara qulaq asmasın
08 Sentyabr 2026 07:11
Turistlərin ən çox cibgirlərin hədəfinə çevrildiyi şəhərlər
07 Sentyabr 2026 09:50
Niyə məzuniyyət tam istirahətə həmişə kömək etmir?
06 Sentyabr 2026 17:16
Elm adamlarına görə ən gözəl körpə adı bəlli oldu
06 Sentyabr 2026 16:33


Bakı -°C

