28 yaşlı qadın 100-dən çox təqaüdçünün kartından oğurluq etdi - VİDEO
Ölkə ərazisində əsasən təqaüd kartlarından pul vəsaitlərinin naməlum şəraitdə oğurlandığı barədə polis orqanlarına vətəndaşlar tərəfindən çoxsaylı müraciətlər daxil olub.
Adalet.az DİN-ə istinadən xəbər verir ki, həyata keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində qeyd edilən əməlləri törətməkdə şübhəli bilinən 1996-cı il təvəllüdlü Nuranə Məmmədova saxlanılıb. Həmin şəxs taladığı kartlar barədə məxfi məlumatları eyni əmələ görə artıq həbs olunan tanışı Asif Səmədovdan əldə etdiyini bildirib. Daha sonra o, zərərçəkənlərin kart məlumatlarını müxtəlif mobil tətbiqlərə əlavə edərək qeydiyyatdan keçməklə hesablardakı pul vəsaitlərini nağdlaşdırıb.
Qeyd edilib ki, N.Məmmədova bu yolla 100-dən artıq vətəndaşın hesabında olan müxtəlif məbləğlərdə pul vəsaitini ələ keçirib. Eyni əmələ görə artıq həbs olunmuş A.Səmədovun isə bankomatların yanında dayanaraq vəsaitlərini nağdlaşdırmaqda çətinlik çəkən şəxslərə yardım etmək adı ilə yaxınlaşaraq onların kart məlumatlarını ələ keçirdiyi sübuta yetirilib.
Faktlarla bağlı cinayət işi başlanılıb, N.Məmmədova barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırma aparılır.
Digər Xəbərlər
21 Mart 2026 09:53
Bakıda müəllim bayram günü əri tərəfindən qətlə yetirildi
20 Mart 2026 13:01
Dələduzluq edən15 nəfər saxlanıldı
20 Mart 2026 12:55
Polis 51,2 kiloqrama yaxın narkotik vasitə aşkarladı
19 Mart 2026 11:16
Qanunsuz saxlanılan silahlar aşkarlandı
18 Mart 2026 19:16
Axtarışda olan şəxs Monteneqrodan Azərbaycana ekstradisiya olundu
18 Mart 2026 16:20
16 yaşlı arvadını boğaraq Kürə atan şəxsin cəzası ağırlaşdırıldı
18 Mart 2026 15:52
Türkiyədən qanunsuz yolla dərman preparatlarının gətirilməsinin qarşısı alınıb
18 Mart 2026 12:43


Bakı -°C

