29 ildən sonra Ağalı kənd məktəbində zəng çalındı
Ermənistanın işğalından azad olunan Zəngilan rayonunun Ağalı kənd tam orta məktəbində 29 ildən sonra ilk dəfə dərs başlayıb.
Adalet.az xəbər verir ki, ilk olaraq Azərbaycanın Dövlət Himni səsləndirilib. Daha sonra şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Ağalıda ilk dərs günündə elm və təhsil naziri Emin Əmrullayev, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev də iştirak edir.
Qeyd edək ki, 360 şagird yerlik ikimərtəbəli məktəbdə ilk dərs “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunub.
Digər Xəbərlər
07 Aprel 2026 15:57
Övladı 1-ci sinfə gedəcək şəxslərin NƏZƏRİNƏ
07 Aprel 2026 11:48
Azərbaycan Universiteti Qazaxıstanda keçirilən "Study in Azerbaijan" təhsil sərgisində təmsil olunur
06 Aprel 2026 19:30
Almatıda Qazaxıstan və Azərbaycanın II Rektorlar Forumu keçirildi - FOTOLAR
06 Aprel 2026 12:02


Bakı -°C

