"Süni intellektdən istifadə edən və etməyən müəllimin arasında fərq yarana bilər" - Nazir
Süni intellektin Azərbaycan təhsilində hansı rolu oynayacağı hazırda müzakirə olunan əsas məsələlərdəndir. Burada əsas suallardan biri onun məktəbdə müəllimin rəqibi, həmkarı, yoxsa köməkçisi kimi çıxış etməsi və qərarvermə prosesində hansı rolu daşımasıdır.
Adalet.az xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev “Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumunda çıxışı zamanı deyib. Nazir bildirib ki, süni intellektin müəllimi əvəz edib-etməyəcəyi barədə müzakirələrdənsə, onun təhsil prosesində hansı imkanlar yarada biləcəyinə diqqət yetirmək daha məqsədəuyğundur. Süni intellektdən istifadə edən müəllimlə bu texnologiyadan istifadə etməyən müəllimin fəaliyyəti arasında fərq yarana bilər.
Emin Əmrullayev qeyd edib ki, süni intellektin tətbiqində xüsusilə qiymətləndirmə məsələsinə diqqət yetirilməlidir. Bu texnologiyanın imkanlarından istifadə etməklə şagird nailiyyətlərinin, o cümlədən fənlər üzrə və şifahi cavabların qiymətləndirilməsi daha asan və müəyyən mənada daha obyektiv həyata keçirilə bilər. Digər mühüm məsələ müəllim fəaliyyəti ilə şagird nailiyyətləri arasındakı əlaqənin daha yaxşı öyrənilməsidir. Sinfin və vaxtın idarə olunması kimi müxtəlif amillərin şagirdin öyrənməsinə təsirini ayrı-ayrı müəllim, sinif və məktəb kontekstində müəyyənləşdirməkdə süni intellekt mühüm imkanlar yarada bilər.
“Düşünürəm ki, bu mənada süni intellekt tətbiqləri bizə daha sürətli qərarlar qəbul etmək imkanı verəcək. Amma bunun üçün təbii ki, ondan istifadə etməyi öyrənmək lazımdır. Dediyim kimi, süni intellektdən istifadəni inkar etməklə irəliyə gedə bilməyəcəyik”, - deyə Emin Əmrullayev bildirib.
Digər Xəbərlər
23 Oktyabr 2026 17:45
Buraxılış və ali məktəblərə qəbul imtahanı üzrə bəzi fənlərin proqramları təsdiqləndi
23 Oktyabr 2026 16:12
LDU tələbələrindən uşaq evlərinə sitrus sovqatı
23 Oktyabr 2026 13:14
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya sahəsində təhsil almaq istəyən gəncləri konfransa dəvət edir
22 Oktyabr 2026 16:07
Emin Əmrullayev: Anası ali təhsilli olan şagirdlərin nəticələri daha yuxarı olur
22 Oktyabr 2026 14:33
Azərbaycan Universiteti 12-ci Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunur
21 Oktyabr 2026 18:21
Polis Akademiyasında ixtisaslaşmış mütəxəssislərin iştirakı ilə dərslər keçirilir - FOTOLAR
21 Oktyabr 2026 09:44
Dünyanın ən qədim universitetləri - Siyahı
20 Oktyabr 2026 10:44


Bakı -°C

