"300 min hektardan çox ərazi minalardan təmizlənib" - Dövlət başçısı
44 günlük Vətən müharibəsində qazanılmış Zəfər Qarabağ və Şərqi Zəngəzur üçün yeni quruculuq və inkişaf mərhələsinin əsasını qoyub.
Adalet.az xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin 6-cı Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” – “Rebuild Garabagh” sərgisinin iştirakçılarına ünvanladığı müraciətdə yer alıb.
“Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində şəhər və kəndlərimiz yenidən qurulur, soydaşlarımızın doğma yurdlarına təhlükəsiz qayıdışı təmin edilir. Azərbaycan bu işləri öz maliyyə imkanları hesabına həyata keçirir. İndiyədək bərpa və yenidənqurmaya dövlət büdcəsindən 25,5 milyard manat vəsait ayrılıb.
Böyük Qayıdışın təhlükəsiz həyata keçirilməsi üçün 300 min hektardan çox ərazi minalardan və partlayıcı sursatdan təmizlənib, 47 yaşayış məntəqəsinə 40 mindən çox insan qayıdıb. İşğaldan azad edilmiş ərazilərdə hazırda 100 minə yaxın insan yaşayır, təhsil alır və fəaliyyət göstərir”, - deyə müraciətdə qeyd edilib.
Digər Xəbərlər
16 Oktyabr 2026 00:19
Ceyhun Bayramov Hakan Fidanla görüşdü
16 Oktyabr 2026 00:05
Azərbaycanın AQEM-ə sədrliyi 2028-ci ilədək uzadıldı - XİN
15 Oktyabr 2026 20:03
Prezident AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTOLAR - YENİLƏNİB
15 Oktyabr 2026 18:33


Bakı -°C

