İstanbulda sel nəticəsində köməksiz qalan 3055 nəfər xilas edilib
Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi İstanbulda baş verən sel fəlakəti nəticəsində köməksiz qalan 3055 nəfərin xilas edildiyini açıqlayıb.
Adalet.az bu barədə "TRT Haber"ə istinadən xəbər verir.
Nazirin sözlərinə görə, yağıntılar nəticəsində bir nəfər elektrik cərəyanının vurması nəticsində, iki nəfər isə boğularaq ölüb.
M. Çiftçi qeyd edib ki, İstanbul üzrə 3 055 nəfər Fəlakət və Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD), Sahil Mühafizəsi, jandarm və bələdiyyə əməkdaşlarının həyata keçirdiyi əməliyyatlar nəticəsində xilas edilib.
"Hazırda İstanbulda beş, Kocaelidə isə bir nəfərin axtarışları davam etdirilir", - nazir qeyd edib.
Xatırladaq ki, Türkiyədə iki gündür yağan aramsız yağışlar fəsadlara yol açıb, bir sıra küçə, tunel və yeraltı keçidləri su basıb.
Digər Xəbərlər
15 Oktyabr 2026 23:52
Etirazlara baxmayaraq, istefa verməyəcək
15 Oktyabr 2026 20:31
Mirziyoyevin Azərbaycana səfəri başa çatdı
15 Oktyabr 2026 19:04
Türkiyədə bələdiyyə sədrinin müavini qəzada öldü
15 Oktyabr 2026 17:34
Ərdoğan prezidentliyə namizəd olacaq - RƏSMİ
15 Oktyabr 2026 14:19
Ukrayna ordusu altı bombardmançı təyyarəni məhv edib
15 Oktyabr 2026 11:24
Keniyada Ebola virusuna ikinci yoluxma halı qeydə alınıb
15 Oktyabr 2026 10:52
Azərbaycan vətəndaşları Rusiyadan deportasiya edildilər
15 Oktyabr 2026 10:22


Bakı -°C

