308 nömrəli məktəbdə pul tələb olunmasına dair iddialara aydınlıq gətirilib
308 nömrəli tam orta məktəbdə "Son zəng" tədbirinə görə vəsaitin tələb olunmasına dair iddialar həqiqəti əks etdirmir.
Adalet.az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən APA-nın sorğusuna cavab olaraq məlumat verilib.
Bildirilib ki, "Son zəng" tədbirinə hazırlıqlar Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin məktəblərə göndərilmiş müvafiq təlimatına uyğun şəkildə aparılır.
Həmçinin sözügedən məktəbin XI sinif şagirdlərindən dərsdə iştirakdan azad olmaq üçün ayda 100 manat tələb olunma iddiasına da münasibət bildirilib. Qeyd olunub ki, 308 nömrəli məktəbdə XI sinif şagirdləri tədris prosesində iştirak edirlər.
Qeyd edək ki, 308 nömrəli tam orta məktəbdə "Son zəng" tədbirinə görə şagirdlərin hər birindən 150 manat, XI siniflərin dərsdə iştirak etməməsinə görə isə aylıq 100 manat pul tələb edilməsi ilə bağlı sosial şəbəkələrdə məlumat paylaşılıb.
Digər Xəbərlər
09 May 2026 16:04
Yardımlı Xeyriyyə Cəmiyyətinin təhsilə dəstək missiyası davam edir
08 May 2026 19:45
DİN və ADA Universiteti memorandum imzaladı - FOTOLAR
08 May 2026 12:33
Xüsusi icra məmuru olmaq istəyən şəxslər üçün test imtahanı keçiriləcək
08 May 2026 11:57


Bakı -°C

