Məleykə Abbaszadə V "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb
Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə beşinci "Yüksəliş" müsabiqəsinin Mentorluq proqramı çərçivəsində müsabiqə qalibləri Elnur Məmmədli və Elnur Mirzəzadə ilə növbəti görüş keçirib.
DİM-dən Adalet.az-a verilən məlumata görə, görüş zamanı süni intellektin yaratdığı yeni imkanlar və çağırışlar, bu texnologiyaların gələcək layihələrdə tətbiqi və mentilərin innovativ təşəbbüslərə cəlb olunması ətrafında fikir mübadiləsi aparılıb.
M.Abbaszadə süni intellekt texnologiyalarının imkanlarından istifadə etməklə layihələrin həyata keçirilməsi, innovativ həllərin qiymətləndirmə proseslərinə tətbiqi ilə bağlı öz tövsiyələrini bölüşüb. Görüşün sonunda növbəti mərhələyə kimi mentilərin üzərində işləyəcəkləri tapşırıqlar müəyyən edilib.
Xatırladaq ki, Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə "Yüksəliş" müsabiqəsinin Təşkilat Komitəsinin üzvüdür. Bundan əlavə, müsabiqə zamanı istifadə olunan müəyyən qiymətləndirmə alətləri DİM tərəfindən hazırlanır.
Digər Xəbərlər
03 Noyabr 2026 17:19
Daha 20 tələbəyə təqaüd veriləcək
02 Noyabr 2026 17:51
DİM-in şəxsi kabinetindən istifadə edənlərə vacib xəbərdarlıq
02 Noyabr 2026 15:25
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşdi
02 Noyabr 2026 13:03
Dərsə gəlməyən şagirdlər attestat ala bilməyəcək? - Rəsmi açıqlama
02 Noyabr 2026 11:28
BŞTİ müəllim vakansiyaları üzrə işə qəbul elan etdi
30 Oktyabr 2026 17:14
Ədliyyə Nazirliyinin Probasiya xidməti Azərbaycan Universitetində seminar keçirib
30 Oktyabr 2026 16:00
Dövlət Dəniz Akademiyasının idarəçiliyi ona həvalə edildi
29 Oktyabr 2026 20:12


Bakı -°C

