“Zəngilan Müasir Təhsil Kompleksinin binası xalqımızın yüksək mədəniyyətini...”
“Zəfər günü ərəfəsində cənab Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın 700-ə yaxın keçmiş məcburi köçkün ailə üçün sıfırdan tikilmiş Cəbrayıl rayonunun Soltanlı və Zəngilan rayonunun Cahangirbəyli kəndlərinin birinci mərhələsinin açılış mərasimində iştirak etmələri, evlərin açarlarının təqdim olunması bayramı bayrama qatdı. Dövlətimiz və xalqımız əbədi mövcud olduqca hörmətlə anılacaq qəhrəman şəhidlərimizin müqəddəs qanlarının töküldüyü yerlərdə bir vaxtlar düşmən tərəfindən söndürülmüş ocaqların yenidən qalanması və işıqların yandırılması ilə onların ruhu da şaddır”.
Adalet.az xəbər veri ki, bunu Milli Məclisin sədr müavini Musa Qasımlı deyib.
O, bildirib ki, dövlətimiz heç bir xarici yardım olmadan, büdcədən ayrılan bəlli vəsaitlə dədə-baba yurdlarında tikilmiş müasir evlərə keçmiş məcbur köçkün qardaş və bacılarımızı köçürməklə arzularını gerçəkləşdirir:
“Altı il ərzində təxminən 100 min keçmiş məcburi köçkün qardaş və bacımızın Qarabağa və Şərqi Zəngəzura köçürülməsi dövlətimizin maliyyə-iqtisadi siyasətinin düzgünlüyünü, bütün işlərin ciddi şəkildə planlaşdırıldığını, həyata keçirildiyini göstərir və dünyaya bir örnəkdir. Həmişəki kimi bu dəfə də ərazilərə keçmiş məcburi köçkün qardaş və bacılarımızla bərabər müasir təhsilimiz və mədəniyyətimiz də qayıtdı. Zəngilan Müasir Təhsil Kompleksinin binası xalqımızın yüksək mədəniyyətini, dövlətimizin gənc nəslin təhsilinə xüsusi diqqət yetirdiyini göstərir. Unutmayaq ki, bir vaxtlar xoş xəyal olanları gerçək edən güclü dövlətimiz, qüdrətli dövlət rəhbərimiz, xalqımızın dövlətimizin yanında dayanması, sarsılmaz birliyimiz və ölkəmizdəki təbii sabitlikdir”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
07 Noyabr 2026 12:14
Azərbaycan Universitetində Qarabağ Zəfərinin tarixi əhəmiyyəti vurğulanıb
06 Noyabr 2026 09:32
LDU-da Qərbi Azərbaycan İrsinin Tədqiqi və Təlimi Mərkəzinin açılışı olub
05 Noyabr 2026 10:22
“Müəllimə ən böyük qiyməti Atatürk verib”
05 Noyabr 2026 09:45
Məleykə Abbaszadə V "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb
03 Noyabr 2026 17:19
Daha 20 tələbəyə təqaüd veriləcək
02 Noyabr 2026 17:51
DİM-in şəxsi kabinetindən istifadə edənlərə vacib xəbərdarlıq
02 Noyabr 2026 15:25
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşdi
02 Noyabr 2026 13:03


Bakı -°C

