Ərdoğan: Azərbaycanın ədalətli mübarizəsi Türk dünyasını qürurlandırdı
"Böyük Zəfərlə taclandırılan Azərbaycanın ədalətli mübarizəsi bütün Türk dünyası üçün də qürur mənbəyinə çevrilib. İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması və dirçəldilməsi prosesinin sürətlə irəliləməsi hamımızda qürur hissi oyadır".
Adalet.az xəbər verir ki, bu fikirlər Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığını məktubunda qeyd olunub.
Bildirilib ki, Şuşa Bəyannaməsi ilə ən yüksək səviyyəyə çatdırdığımız "Bir millət, iki dövlət" anlayışına əsaslanan sarsılmaz dostluq və qardaşlıq tellərimizdən aldığımız güclə həm ikitərəfli münasibətlərimizdə, həm də beynəlxalq aləmdə bundan sonra da sıx əməkdaşlıq və həmrəylik şəraitində işləyəcəyimizə tam əminəm.
Regionumuzda davamlı sülhün, əmin-amanlığın və sabitliyin bərqərar olması üçün əlaqələndirilmiş şəkildə həyata keçirdiyimiz işlər nəticəsində Cənubi Qafqaz artıq münaqişə və qeyri-sabitlik bölgəsi kimi deyil, əməkdaşlıq və inkişaf bölgəsi kimi tanınır".
Digər Xəbərlər
07 Noyabr 2026 14:21
Ərdoğan Prezident İlham Əliyevi TƏBRİK EDİB
07 Noyabr 2026 14:03
Prezident onlara ali hərbi rütbələr verdi
07 Noyabr 2026 12:21
“Çin Krallığın ən vacib iqtisadi tərəfdaşlarından biri olaraq qalır...”
07 Noyabr 2026 12:01
Prezident Xankəndi Stadionunun açılışında - FOTOLAR
07 Noyabr 2026 09:22
Azərbaycan, ABŞ və Ermənistan TRIPP üzrə üçtərəfli işçi qrup yaradıb
06 Noyabr 2026 18:14
"Yaxınları bilirlər ki, onların qanı yerdə qalmayıb" - Prezident
06 Noyabr 2026 18:05
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident
06 Noyabr 2026 17:20


Bakı -°C

