3400 işıq ili uzaqlıqda qeyri-adi KƏŞF
Astronomlar ilk dəfə olaraq daha çox "Kəpənək" kimi tanınan NGC-6302 planetar dumanlığında quru buz - donmuş karbon qazını aşkar ediblər.
Adalet.az xəbər verir ki, müşahidələr "Ceyms Uebb" kosmik teleskopu vasitəsilə aparılıb və mərkəzi ulduzu əhatə edən toz buludunda donmuş CO₂-nin xarakterik spektral izləri qeydə alınıb.
Planetar dumanlıqlar ömrünün son mərhələsinə çatmış ulduzların kosmosa atdığı qaz qabıqlarından ibarətdir. NGC-6302 Yer kürəsindən təxminən 3 400 işıq ili uzaqlıqda yerləşir.
Yeni məlumatlar teleskopun infraqırmızı diapazonda işləyən orta ayırdetməli spektroqrafı MIRI vasitəsilə əldə olunub. Alimlər dumanlığın mərkəzi hissəsindən gələn şüalanmanı təhlil edərək bərk haldakı karbon qazına uyğun aydın udulma xətlərini qeydə alıblar.
Quru buz dumanlığın mərkəzini əhatə edən sıx maddə halqasında - toz torunda aşkar edilib.
Kəşf tədqiqatçıları təəccübləndirib. Çünki planetar dumanlıqlar ölməkdə olan ulduzun güclü ultrabənövşəyi şüalanması ilə doludur və bu şüalanma adətən kövrək molekulları parçalayır, buzları isə buxarlandırır. Buna baxmayaraq, quru buz bu mühitdə qorunub qalıb./Lent.az
Digər Xəbərlər
29 Aprel 2026 16:45
“Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
28 Aprel 2026 17:48
İtlər insan danışığını anlayırlarmı?
28 Aprel 2026 17:45
Marketlərdə satılan sular...
26 Aprel 2026 23:46
7 yaşlı uşaq fitri istedadı ilə hər kəsi heyrətləndirdi - VİDEO
23 Aprel 2026 13:18
Mir Şahin Ağayev: QARABAĞ (“QARABAĞ”) AZƏRBAYCANDIR!
22 Aprel 2026 10:07
Marsda həyatın mövcudluğuna dair güclü dəlil tapıldı
21 Aprel 2026 12:09
Azərbaycanda kolbasanın içindən yad cisim çıxdı - VİDEO
20 Aprel 2026 17:29


Bakı -°C

