adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
27 Mart 2024 11:26
539
GÜNDƏM

36 filmdə Stalin obrazını canlandıran məşhur Bakı ermənisi - O, 1994-cü ildə  İrəvana niyə getmişdi?

Dünyanın bir çox ölkələrində tanınmış, bəzən də bütün dünyada 5-10 məşhurdan biri olan ermənilərin böyük bir hissəsi Bakı və diğər rayon və şəhərlərimizdə doğulub, Azərbaycan vətəndaşı olub. Onların içərisində, Sovet İttifaqı Qəhrəmanları, müğənnilər, idmançılar, yazarlar , aktyorlar və digər sənətin nümayəndələri var.


Bu gün nəinki keçmiş sovet ittifaqında, həmçinin dünyanın hər köşəsində tanınan bir Bakı ermənisi haqqında oxucularımıza məlumat vermək istəyirəm.
Deməli, Sovet və Rusiya kinematoqrafiyasında 36 dəfə Stalin obrazını canlandıran Georgi Saakyan adlı erməni aktyor canlandırdığı xarakerə görə dünyada məşhur idi. Hər kəs onu elə Stalin deyə xatırlayır.

Georgi Saakyan 27 mart 1926-cı ildə Bakıda anadan olub. 1950-ci ildə Bakı Sənaye İnstitutunu bitirib. 1990-cı ildə Bakıda ermənilərin və "KQB"nin yaratdığı süni qırğınlar, gərginlik və qarşıdurmalardan sonra o, Moskvaya köçüb.
Buna baxmayaraq, hər zaman filmlərə dəvət alıb. İosif Stalinə o qədər bənzəyib ki, 1979-cu ildən bu yana 36 filmdə Stalinin obrazını canlandırıb. "Xalqlar atası"nın obrazın təkrarsız ifaçısı kimi “Rusiya Rekordlar Kitabi”na düşüb.

“1 nömrəli Stalin” ləqəbi ilə tanınan aktyor Georgi Saakyan "Tehran-43" , (1981), "Qanun", (1989, Mosfilm), "Qara qızılgül - kədər simvolu" (1989, Mosfilm), "Şeytan bizimlə" (1991, Odessa Kinostudiyası), "38-ci Paralel" (2001, 1 Avqust Studiya, Çin) kimi dünyanın hər bir ölkəsində nümayiş edilmiş filmlərdə əsas rolları oynayıb.



Ermənistan Azərbaycan torpaqlarını işğal etdikdən sonra -1994-cü ildə Ermənistana səfər edib. Yəqin ki, Rusiyada sözü keçən, məşhur bir erməni olaraq, xalqının "xoş" günündə onların yanında olmağı özünə borc bilib.

2000-ci ildən Rus Dummies Klubunun direktoru, 2005-ci ildən Rusiya Təhlükəsizlik, Müdafiə və Hüquq Məsələləri Akademiyasının üzvüdür və G. Jukov mükafatına layiq görülüb.
Sonuncu dəfə o, 2006-cı ildə “Stolıpin…yarımçıq qalan dərslər” serialında İosif Stalin obrazını canlandırıb.
Qeyd edək ki, Georgi Saakyan 88 yaşında - 4 iyul 2014 ölüb.

P.S. Bu məqaləni ona görə yazdım ki, Azərbaycanın havası, suyu, çörəyi ilə böyümüş, yetişmiş, tanınmış ermənilər o qədər nankor olublar ki,  heç vaxt yaşadıqları, yuva bildikləri, bu ölkəni sevmədilər. Hətta ömrünün 64 ilini Azərbaycanda yaşayan Bakı ermənisi Georgi Saakyan bir dəfə də olsan müsahibə və reportajlarda Azərbaycanın adını çəkməyib.

 Əntiqə Rəşid