5 tona yaxın narkotik vasitə məhv edildi - VİDEO + YENİLƏNİB

Mayın 29-da məhkəmə qərarları ilə müsadirə olunmuş müxtəlif növ narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının növbəti məhv edilməsi prosesi keçirilib.
Adalet.az xəbər verir ki, narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun təşkilatçılığı ilə Daxili İşlər Nazirliyi tərəfindən qanunsuz dövriyyədən çıxarılan və 2334 məhkəmə hökmü ilə barəsində məhvetmə qərarı qəbul edilmiş 4 ton 555 kiloqram müxtəlif narkotik vasitə və 93 min 228 ədəd psixotrop tərkibli həb “Bakı Neft Maşınqayırma zavodu” MMC-nin ərazisində məhv edilib.
***
16:03
May ayının 29-da Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun və dövlət orqanlarının əməkdaşlarından ibarət komissiya üzvlərinin iştirakı ilə müsadirə olunmuş müxtəlif növ narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının məhv edilmə prosesi həyata keçirilib.
Bu barədə Adalet.az-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
Tədbir zamanı Dövlət Sərhəd Xidməti tərəfindən 32 məhkəmə hökmü üzrə qanunsuz dövriyyədən çıxarılan 395 kiloqram 423,77 qram müxtəlif xassəli narkotik vasitə, 10825 ədəd və 810 ml narkotik tərkibli Metadon M-40, 4061 ədəd güclü təsiredici maddə məhv edilmə prosesi üçün komissiya üzvlərinə təqdim edilib.