Kartlardan 9 min manata yaxın pul oğurlandı
Ötən gün vətəndaşların 9 min manata yaxın pulu talanıb.
Bu barədə Adalet.az-a DİN-in mətbuat xudmətindən məlumat verilib.
Bildirilib ki, bank kartının üzərindəki CVV/CVC, SMS vasitəsilə göndərilən OTP kodları məxfi məlumatlardır. Bu məlumatlar naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında Sizə zərər vuracaqlar. Mayın 27-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 3000, 2000, 1003, 696, 660, 426, 300, 270, 220, 111, 110, 51 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.
“Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Naməlum zənglərlə, mesajlarla danışıq, yazışma aparılmamalıdır, dərhal bloklanmalıdır”, - məlumatda qeyd edilib.
Digər Xəbərlər
13 Dekabr 2025 17:11
Azərbaycanda bir gündə 260 nəfər saxlanılıb
13 Dekabr 2025 14:08
Salyanda narkotik vasitə satmaq istədilər - Tutuldular
13 Dekabr 2025 12:40
Bakıda quldurluq edib Tərtərdə gizləndi - VİDEO
13 Dekabr 2025 11:02
İşğaldan azad olunan bölgələrdə silah-sursat aşkarlandı
11 Dekabr 2025 12:45
İrandan Azərbaycana PUA ilə narkotik keçirmək istədi - FOTO
11 Dekabr 2025 10:09
Cinayətdə şübhəli bilinən 35 nəfər saxlanıldı
10 Dekabr 2025 15:01
DTX xarici xüsusi xidmət orqanlarının tapşırığı ilə ağır cinayətlər törətmiş şəxslərİ saxladı - VİDEO
10 Dekabr 2025 10:28


Bakı -°C

