16 Oktyabr 2024 12:41
170
MƏMLƏKƏT

44 günlük savaşa görə əvvəl 12600, indi isə 600 cinayət işi açıldı - Kərəmyanın təəssüfü

Hələ 2022-ci ildə erməni mediası iddia edirdi ki, Ermənistanın İstintaq Komitəsi Silahlı Qüvvələrdə xidmət aparan təxminən 12 600 nəfərə qarşı 1600-ə yaxın cinayət işi açıb.
Həmin vaxt Ermənistanın İstintaq Komitəsinin rəhbəri Arqişti Kərəmyan Ermənistan Silahlı Qüvvələrində hərbi xidmət keçmə qaydası əleyhinə cinayətlər və hərbi əməliyyatlarla bağlı, digər cinayətlərlə bağlı başlanmış cinayət işləri ilə bağlı məlumatları təqdim edərkən demişdi.

Adalet.az xəbər verir ki, bununla bağlı yenidən cinayət işinin açılması ilə bağlı açıqlama gəlib. Beləki, Ermənistan İstintaq Komitəsinin sədri Arqişti Kərəmyan bildirib ki, 44 günlük müharibə ilə bağlı cinayət işi çərçivəsində 600-ə yaxın şəxslə bağlı işlər ittiham aktları ilə birlikdə məhkəməyə göndərilib.
O qeyd edib ki, əvvəldən zabit heyəti ilə sıravi heyətlə bağlı icraatın ayrılması qərara alınıb, zabit heyəti ilə bağlı işlərə Mülki Aviasiya Administrasiyasının Mülki Müdafiə şöbəsində, əsasən, yeddi istiqamət üzrə araşdırma aparılır. Kyaramyanın sözlərinə görə, itkin düşmüş şəxslərin işlərinin araşdırılması da onların diqqət mərkəzindədir.

 Əntiqə Rəşid