Hamı prokuror, rəis, nazir olmaq istəyir...

Heç kimə sirr deyil ki, çoxları ali məktəbi bitirib, nazir, prokuror, rəis, baş həkim olmaq istəyir.
Qoy olsunlar! Burada pis heç nə yoxdur. Ancaq reallıqla razılaşmaq lazımdır. Hüquq fakültəsini bitirən hər məzun təbii ki, prokuror, rəis ola bilməz. Çünki ölkəmizdə 60 rayon var və 60 rayona da uzaqbaşı 120 prokuror, rəis təyin edilə bilər. Hansı ki, hər ali məktəblərin hüquq fakültəsini yüzlərlə məzun bitirir. Onların əksəriyyəti isə ixtisasına uyğun iş tapa bilmir.
Heç adi vəkil kimi fəaliyyət göstərə bilmir.Bunun üçün ən azından yenidən imtahan verib, müsahibədən keçməlidirlər. Bu da bir o qədər də asan məsələ deyil.Bir sözlə, hüquq fakültəsini bitirmiş əksər məzunların prokuror, rəis olmaq arzuları ürəyində qalır. Bizdə nədənsə, peşə dalınca getmək istəyənlər çox azdır. Amma bərbər, dərzi , rəngsaz, maşın ustası olmaq istəyənlər bir o qədər də çox deyil.
Hansı ki, həmin peşələrin sahibi lap yaxşı dolanır, ev, maşın alırlar. Mən bir neçə bərbər tanıyıram iki evi, iki maşını var, özü də bəy kimi dolanırlar. Bizim gənclər əsasən" prestij" arxasınca qaçır. Ona görə də hüquq fakültəsini bitirən məzunların əksəriyyəti diplomu ola- ola işsiz qalırlar. Məhz buna görə də gənclərimiz yaxşı- yaxşı düşünməlidir. Ki, onlara "prestij" lazımdır, yoxsa, iş yerləri?!
Emil Faiqoğlu
Digər Xəbərlər
31 Oktyabr 2025 19:20 Deyirlər pambıq sahələrdə qalıb...
31 Oktyabr 2025 17:13 Noyabrda bəzi yerlərdə havanın temperaturu 0-a enəcək
31 Oktyabr 2025 16:02 Bakıda niyə hər adam mənzil ala bilmir?
31 Oktyabr 2025 13:39 Qorxan gözə çöp düşər...
31 Oktyabr 2025 12:04 Sərnişindaşıma ilə məşğul olan avtomobil nəqliyyatı üçün yeni qaydalar
30 Oktyabr 2025 14:25 Növbəti köç karvanı Vəngli kəndinə çatdı - YENİLƏNİB
30 Oktyabr 2025 14:14 “Hamiləlik faktı üzə çıxanda, bəzən ailələr qızlarını ayıbdan xilas etmək üçün...”
30 Oktyabr 2025 09:30 

Bakı -°C 






