44 günlük savaşda Azərbaycanı dəstəkləyən aktrisanın yaxtada toyu oldu- FOTOLAR
Xəbər verdiyimiz kimi, "Hercai" serialında Reyyan obrazı ilə tamaşaçıların qarşısına çıxan və sevilən gözəl aktrisa Ebru Şahin uzun müddətdir basketbolçu Cedi Osman ilə sevgili idi.
Bir-birinə həddən artıq vurğun olan yaraşıqlı cütlük bir neçə dəfə qısqanclıq ucbatından ayrılsalarda növbəti dəfə yenidən birləşiblər və sonda nişanlanıblar. Ebru barmağındakı briliant qaşlı nişan üzüyünü sevgilisinin ona aldığını bildirəndən sonra izləyicilər aktrisanı təbrik yağışına tutublar. 5 karat və dəyərinin də təxminən 1 milyon TL olduğu deyilən briliant üzük onların tezliklə evlənəcəyini isbat edib,
Bu günlərdə Türkiyə mətbuatı da xəbər verdi ki, Ebru Şahinin basketbolçu sevgilisi Cedi Osman yeni ev alıb. Osman Alaçatıda yerləşən villasına 8 milyon TL (təxminən 1 milyon 606 min manat) ödəyib.
Deyilənə görə, 1,5 ildir eşq yaşayan cütlüyün orada birgə yaşayacağı deyilir.
Adalet.az Haber Türk-ə istinadən xəbər verir ki, cütlüyün toyu Makedoniyada baş tutub. Gənclərin özəl günündə ailəsi və yaxın dostları yaxından iştirak ediblər, Cütlük iyulun 7-də Çeşmədə bir toy da gerçekləşdirəcək . Sosial şəbəkə hesabında
3 milyon təkibçisi olan aktrisanın yaxtada keçirilən nikahdan görüntüləri izləyicilər tərəfindən maraqla izlənib
Qeyd edək ki, Ebru Şahinin əslən erməni olduğu deyilsə də, 44 günlük Vətən müharibəsi dövründə o Azərbaycana dəstək nümayiş etdirərək bunu öz sosial hesabında paylaşmışdı.
Əntiqə Rəşid
Digər Xəbərlər
27 Dekabr 2025 13:14
Gələn həftə bu seriallar yayımlanmayacaq
27 Dekabr 2025 13:02
"Başımı bağlamağımı istəsə, onu da edərəm"
25 Dekabr 2025 20:00
"Moskva göz yaşlarına inanmır"ın aktrisası vəfat etdi
24 Dekabr 2025 12:30
Şəbnəm Tovuzlu: “Özünə sənətkar deyib canlı oxuya bilməyən müğənni çoxdur”
24 Dekabr 2025 11:59
Xalq artisti: “Hər paltarımın bir xatirəsi var”
24 Dekabr 2025 11:34
Samiraldo: “İndiyə qədər nə qadın, nə də kişi sevgilim olub”
23 Dekabr 2025 16:37
Tanınmış meyxanaçılar niyə bir- birini qəbul etmir?
23 Dekabr 2025 10:56


Bakı -°C

