46 milyonluq “qələt”

Yaponiyada qəribə hadisə baş verib. Belə ki, 24 yaşlı gənc bələdiyyənin səhvən onun hesabına köçürdüyü 46,3 milyon yen (demək olar ki, 360 min dollar və ya 611 min manat) pulu bir neçə gün ərzində qumara xərcləyib.
Hadisə Honsyu adasının cənub-qərbində yerləşən Abu şəhərində baş verib. Bələdiyyə məmuru COVID-19 epidemiyası zamanıaşağı gəlirli yerli sakinlərə yardım qismində nağd müavinət verməli imiş. Ancaq o, bunun üçün ayrılmış bütün məbləği səhvən adı siyahıda birinci olan işsiz Syo Taqutinin hesabına göndərib. Gənc isə pulun anlaşılmazlıq ucbatından gəldiyini bilsə də, dərhal xarici onlayn kazinolarda qumar oyunlarına qoşulub. Lakin tezliklə bütün məbləğiuduzub.
Gənc günahını etiraf edib, lakin pula görə şirnikləndiyini və böyük qələbəyə ümid edərək oynadığını deyib. O, pulu tədricən qaytaracağına söz verib.
Polis gəncidələduzluqda şübhəli bilərək həbs edib, bələdiyyə isə itirilən məbləğin qaytarılması üçün məhkəməyə müraciət edib.
Şəhər büdcəsindən ciddi məbləğ itirən məmurun da məsuliyyətə cəlb ediləcəyi gözlənilir.
Eminquey
Digər Xəbərlər
24 Oktyabr 2025 10:57 İki Super Ay hadisəsi müşahidə olunacaq
22 Oktyabr 2025 12:31 Robototexnikada inqilab: İnsan beyinli robotlar gəlir!
21 Oktyabr 2025 17:40 Ağıllı insanlar daha uzunömürlü olur
20 Oktyabr 2025 12:18 Siz də ətrafınızdakı insanları dəyişmək istəyirsiniz?
20 Oktyabr 2025 11:10 Yanponiyalı tələbədən maraqlı ixtira
17 Oktyabr 2025 16:01 Bu ölkədə azyaşlı uşaqlar da siqaret çəkirlər
17 Oktyabr 2025 15:49 Jurnalistlər “Coolmix”, “Qaf” markalarının istehsal prosesi ilə tanış oldular - FOTOLAR
12 Oktyabr 2025 19:04 

Bakı -°C 






