500 illik sikkələrin satışı tariximizə xəyanət deyil ki? - Əntiqə Rəşid yazır
jpg-1740669912.jpg)
Əslini bilmirəm... Qanunauyğundur, ya deyil... amma hiss edirəm ki, Azərbaycanın qədim tarixinə qarşı sanki bir yürüş, müharibə savaş açılıb. Kim iddia etsəki, tariximizin qədimliyi təsdiqləyən nadir tarixi eksponatların satışı doğru bir əməldir və bunun “doğruluğuna” məni inandırsa ona dərindən tşəkkür edərəm.
Yəni, həm inanaram ki, bütün dünyada belə bir bir auksion var, ölkələr qədim tarixinə dair eksponatları satışa çıxardıb satır, biz də onlar kimi etməliyik rahatlanaram. Vicdanım, məntiqim məni sıxmaz. Əslində , Avropada belə aksionlar olduğunu bilirəm. Almaniyada, Fransada, İngiltərədə və s. Bu mümkündür. Çünki onların qədimliyini təhdid edən , şübhə altına alan qonşuları yoxdur. Amma bizim 4 bir yanımız erməni, rus, fars kimi düşmənlərlə sarılıdır və hər gün demək olar ki, Qafqaza gəlmə olduğumuzu iddia edirlər. Halbuki biz Qafqazda var olanda nə fars, nə rus, nə də erməni adlı xalq və dövlət yox idi.
Xülasə, bu gün tariximizin çapılıb-talandığı bir dövrdür sanki...
Bir neçə il əvvəl -2019-cu ildə Feysbuk sosial şəbəkəsindəki “Auksion/Hərrac” səhifəsində Şirvanşahlar dövlətinin hökmdarı Fərrux Yasar (1465-1500) dövrünə aid gümüş sikkə satışa çıxarıldı. Bütü mediamız bu hərracdan yazırdı.
Məlumatda deyilirdi ki, 1490-cı ilə aid olduğu bildirilən gümüş sikkənin ilkin qiyməti 1 manat, təklif olunan məbləğ isə 30-35 manat civarındadır.
Sosial şəbəkə istifadəçiləri belə bir tarixi sikkənin ucuz qiymətə satılmasına narazılıq edir, bu halın yolverilməz olduğunu deyirdilər.
O vaxt məsələ ilə bağlı Axar-aza danışan Tarix Muzeyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aynur Babayeva bildirdi ki, sözügedən sikkə ilə bağlı onlara məlumat daxil olmayıb:
“Həqiqətən, o gümüş sikkə tarixi əhəmiyyətli olsa, ala bilərik. Tarix Muzeyində alğı-satqı komissiyası fəaliyyət göstərir və muzeyə tarixi əhəmiyyətli əşyalar gətirilir. Bizim komissiya sikkənin maddi dəyərini təyin etdikdən sonra alıb muzeyə qoya bilər. Bu məsələ ilə bağlı araşdırma aparacağıq”.
Deməli, sikkə hərraca qoyulub, satılıb, hələ Tarix Muzeyinin bundan xəbəri yoxdur. Tariximiz niyə belə tariximizi sevməyənlərə, onun qədrini-qiymətini bilməyənlərə etibar edilir, bunu deyə bilmərik. Amma bu “etibar” bizə baha başa gələcəyinə inanıram.
Hətta 2017-ci ildə ölkəmizdə dəyəri 28 min manat olan qədim tarixi sikkə satışa çıxarıldığı ilə bağlı da mətbuatda yazılar getdi.
Mediamız yenə feysbuk şəbəkəsi vasitəsi ilə keçirilən hərracdan yazır. Bu dəfə Şirvanşahlar dövləti Fərrux Yasar dönəminə aid gümüş sikkə satışa çıxarılıb.
Axar.az bildirir ki, start qiyməti 20 manat olan sikkənin hicri tarixi ilə 877 ci ildə Şamaxıda zərb edildiyi qeyd olunub. Onun çəkisi 5.2 qram, diametri isə 18 mm-dir.
Qədim sikkəni Kamandar Nasibov adlı istifadəçi 45 manata əldə edib.
Bilirsiniz, Fərrux Yassar dövrü 1465 – 1500 illəri əhatə edir və 45 manata satılan o sikkələrin nə qədər önəmli olduğunu tək tarixçilər, arxeoloqlar, araşdırmaçılar yox adi sadə insanlar da anlayır.
Tariximizin talan olmasına göz yumulması vətəninə, tarixinə vurğun olan heç kim etinasız qalmamalıdır.
Ermənilərin Qafqaza köçürülməsi 200 ili ötməsinə, eyni zamanda 1931-ci ildə Ermənistan Tarix Muzeyi açılmasına baxmayaraq , 2017-ci ilə olan məlumatlara əsasən, İrəvan tarix muzeyinin kolleksiyasında qədim zamanlardan bu günə qədər yerli mədəniyyəti nümayiş etdirən edən 94.000-dən çox eksponat mövcuddur. Bu eksponatlar tək işğallardan əldə edilməyib, həm də tarixi bilməyən, yaxud da bilib varlanmaq hissinin təsirinə düşən acgöz soydaşlarımız, naşı insanların fəaliyyətinə bağlıdır.
Dövlət bu boşluğa bir əlac etməlidir. Azərbaycan Tarix Muzeyinə yerləşdiriləsi qiymətli eksponat hərracda satılmamamılıdır. Bu vətənini, tarixini hərraca çıxartmaq kimi bir şeydir.
Digər Xəbərlər

“BAHAR VƏ ZÜLFÜ” DASTANI

Göreme Açıq Hava Muzeyi: Qayalara həkk olunmuş mədəni irs - FOTOLAR

Xocalı Memorial Kompleksinin layihəsi hazırdır

CineMastercardda türk romantik dramı “Aşk Sadece Bir An”ın nümayişi başlayıb

“AzerGold” və Milli Xalça Muzeyi Xocalı soyqırımı ilə bağlı anım tədbiri keçirib - FOTOLAR

Mədəniyyətin inkişafında yeni üfüqlər - Gülxarə Əhmədova yazır

Aydın İmrani vəfat etdi
jpg-1740388246.jpg)