71 nəfərin tüstüdən zəhərləndiyi məktəbdə dərslər bərpa olundu
Tovuz rayon Aşağı Quşçu kənd 1 nömrəli tam orta məktəbdə tədris prosesi bərpa olunub.
Adalet.az xəbər verir ki, bu barədə Qazax-Tovuz Regional Təhsil İdarəsi məlumat yayıb.
Qeyd edilib ki, ötən gün sobalara baxış keçirilib, problem aradan qaldırılıb və istilik təmin olunub.
"Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri səlahiyyətlərini icra edən, müdir müavini Anar Məcidov təhsil müəssində olub davamiyyət və tədris prosesi ilə maraqlanıb. Hazırda təhsil sektorunun əməkdaşları da məktəbdədir. Vəziyyət nəzarətdə saxlanılır".
Xatırladaq ki, dekabrın 19-da sözügedən məktəbin 2 sinfində pelet sobasının tıxanması səbəbindən tüstülünmə nəticəsində 71 nəfər zəhərlənib.
Digər Xəbərlər
21 Dekabr 2024 17:10
Gömrük orqanlarına xidmətə qəbul üzrə test imtahanı keçirildi
21 Dekabr 2024 11:17Direktorların işə qəbulu üzrə imtahan keçirilir
20 Dekabr 2024 19:34Bakıda uşaq bağçasının müdiri nöqsanlara görə işdən azad edildi
20 Dekabr 2024 18:10Palata Təhsil Tələbə Krediti Fondunda nöqsanlar aşkarladı
20 Dekabr 2024 11:05