İsgəndər Cavadov: “Qarabağ” üçün nisbətən çətin olacaq”
“Qarabağ” üçün nisbətən çətin olacaq.
Adalet.azxəbər verir ki, bunu Report-a açıqlamasında Azərbaycanın məşhur veteran futbolçusu İsgəndər Cavadov “Qarabağ”ın UEFA Avropa Liqasının Liqa mərhələsinin VII turunda bu gün FCSB-yə (Rumıniya) qarşı keçirəcəyi matçla bağlı düşüncələrini bölüşərkən deyib.
Mütəxəssis “Qarabağ”ın Azərbaycanı Avropada layiqli təmsil etdiyini vurğulayıb:
“İlk növbədə “Qarabağ”a uğurlar arzulayıram. Neçə illərdir Azərbaycanın klub reytinqini yuxarılarda saxlayır. Ölkəni Avropada layiqincə təmsil edir. İndi Avropada oynamaq çox çətindir. Çünki rəqiblər güclüdür. Bugünkü oyuna gəlincə, heç vaxt proqnoz verməyi xoşlamamışam. “Qarabağ”a ancaq qələbə arzulayıram. FCSB vaxtilə çox güclü komanda olub, heyətində ulduz futbolçular çıxış edib. “Qarabağ” üçün nisbətən çətin olacaq. Yenə də hər şey futbolçulardan asılıdır”.
Keçmiş futbolçu Rumıniya təmsilçisi ilə matça azarkeş marağının nisbətən az olmasına da münasibət bildirib:
“Klublar o səviyyədə deyil. Təkcə “Qarabağ”la Azərbaycan futbolunu heç vaxt yüksəklərə qaldıra bilmərik. Həm legionerlər, həm də çempionatımızdakı komandalar güclü olmalıdır. Azarkeşlər beynəlxalq oyunlara çox gəlirlər. Məsələn, beynəlxalq oyunlarda 30 mindən çox adam "Qarabağ"ı stadionda dəstəkləyir. Çempionat oyununa isə 500 nəfər gəlib baxır. Biz vaxtilə futbol oynayanda stadiona hər dəfə 40 min, ən pis halda 20 minə yaxın azarkeş gəlirdi. Düşünürəm ki, “Qarabağ” düzgün yoldadır. Nə bacarırlarsa, onu da göstərirlər”.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - FCSB matçının start fiti saat 21:45-də səsləndiriləcək.
Digər Xəbərlər
19 Noyabr 2025 18:28
2025-ci ilin ən yaxşı futbolçusu adına namizədlər açıqlandı - SİYAHI
19 Noyabr 2025 14:01
Kurasao ilk dəfə, Haiti 52 il sonra dünya çempionatına vəsiqə qazandı
19 Noyabr 2025 12:53
Misli Premyer Liqasında XII turun açılış oyunu FIFA referisinə tapşırıldı
19 Noyabr 2025 10:07
Ronaldo Ağ Evdə
19 Noyabr 2025 09:10
“Dili mükəmməl bilməsəm də...” - Şahruddin tənqidlərə cavab verdi
18 Noyabr 2025 18:46
Azərbaycan millisi seçmə mərhələyə qələbəylə yekun vurdu
18 Noyabr 2025 13:36
Braziliyalı məşhur futbolçu xəstəxanadan evə buraxıldı
18 Noyabr 2025 11:38


Bakı -°C

