77 nömrəli avtobus niyə marşurutu dəyişir?

Biz tez-tez «Azərbaycan» nəşriyyatının yanındakı dayanacaqda gəlib duran 77 nömrəli marşurutun «İçərişəhər» istiqamətində gedərkən səmtini dəyişdiyini görürük.
Bir çox sürücülər həmin dayanacağa çatan kimi deyirlər ki, burda düşün, qarşı yolda sıxlıqdır. Ona görə də oraynan gedə bilmirəm. Onlar yolun soluyla getmək əvəzinə, sağıyla gedirlər və Fövqəladə Hallar Nazirliyinin yanından əvvəlki istiqamətə hərəkət edirlər. Bundansa avtobusda olan sərnişinlər narazılıq eləyirlər. Onlar deyirlər ki, biz məcbur olub yarı yolda düşürük və əsəblərimiz pozulur. Ona görə də həmin marşurutun sahibi və Bakı Nəqliyyat Agentliyi 77 nömrəli avtobusların qanunlara əməl etməsinə nəzarəti gücləndirməli, sərnişinlərin incidilməsilnə yol verməməlidirlər.
Emil Faiqoğlu
Digər Xəbərlər

"Ordubad" Dövlət Tarix-Mədəniyyət Qoruğunun Əsasnaməsi təsdiq edildi

Dumanlı hava şəraiti sabahadək davam edəcək - FAKTİKİ HAVA

Bu yerlərdə yaşıllıqları məhv etdilər - Təbiətə 381 min manatlıq ziyan vuruldu
