13 Mart 2025 19:24
549
DÜNYA

Paşinyandan müzakirəsi yekunlaşan sülh sazişi ilə bağlı AÇIQLAMA

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsi layihəsinin təsdiqini mühüm hadisə adlandırıb.

Adalet.az xəbər verir ki, bu barədə o, "Mülki Müqavilə" üzvləri ilə görüşdən əvvəl jurnalistlərə bildirib.

Paşinyan bildirib ki, tərəflər bir neçə dəfə təklif mübadiləsi aparıblar, sonra tərəflərin ideal ifadə əldə edə bilmədikləri məlum olanda Ermənistan Təhlükəsizlik Şurası məsələni müzakirə edib və belə qənaətə gəlib ki, hazırkı məzmun kompromis variantı sayıla bilər.

Eyni zamanda, Ermənistan Nazirlər Kabinetinin rəhbəri qeyd edib ki, sülh müqaviləsinin mətnində avropalı müşahidəçilərdən söhbət getmir; Bu o deməkdir ki, sülh sazişi qüvvəyə minəndən sonra həm Ermənistan, həm də Azərbaycan üçüncü ölkə qüvvələrini yerləşdirməməlidir.

Paşinyan Azərbaycan tərəfində güzəştin nədən ibarət olduğu sualına çox qeyri-müəyyən cavab verib. Onun sözlərinə görə, hər iki tərəf mətni onlar üçün faydalı hesab edib. Sülh müqaviləsinin müddəaları sənəd qüvvəyə mindikdən sonra həyata keçiriləcək.