Çavuşoğlu: Vaxtında Türkiyənin addımları dəstəklənsəydi, Ukraynada atəşkəs əldə edilərdi

“Biz Antalya Diplomatiya Forumunda Ukrayna və Rusiyadan olan rəsmiləri görüşdürdük, sülhə nail olmaq istəyirdik. Amma ABŞ müharibənin davam etməsini istədi”.
Adalet.az xəbər verir ki, bunu XII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Geosiyasi dəyişmələr: Məsuliyyətli tərəfdaşlıq rəqabətə qarşı” mövzusunda paneldə Türkiyənin sabiq xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
O bildirib ki, Türkiyənin təklifini bəzi Aİ ölkələri dəstəkləyib, tam dəstək verilməyib.
Çavuşoğlu Suriyada baş verənlərə də münasibət bildirib:
“Biz çalışırıq yeni hökumətə, ölkənin bərpasına kömək edək. Suriyada isə yeni dövr başlanıb və Türkiyə çalışır ki, keçid dövrü hakimiyyətinin cəhdləri uçuruma getməsin. Prezident Ərdoğan bu bölgədə problemlərin həllində çox fəaldır. Ərdoğan bir nömrəli siyasətçidir ki, bütün tərəflərlə əlaqələr saxlayır və işləyir. Yalnız regional güclərlə işləmək olmaz. Amma regional güclər münaqişələrin həllində daha real addımlar ata bilərlər. Biz NATO üzvüyük, amma Rusiya ilə yaxşı münasibətlərə sahibik. İlkin dövrdə NATO üzvü olan Türkiyənin Rusiya ilə dialoq qurmasını birmənalı qarşılamadılar. Amma vaxtında Türkiyənin addımları dəstəklənsəydi, müharibənin illərlə davam etməsi əvəzinə biz ilk mərhələdə atəşkəsə nail ola bilər, Ukraynanın təhlükəsizliyini təmin edə bilərdik”.
Digər Xəbərlər

"Sülh sazişi ratifikasiyadan sonra qüvvəyə minəcək" - Nazir

ABŞ-ın Rusiyanın irəliləməsinə qarşı addımı: GLSDB

İran Azərbaycanla Ermənistan arasında sülh sazişi haqqında razılaşmanı alqışlayıb

"Ərdoğanla görüşü çox mühüm nailiyyət hesab edirəm" - Paşinyan

Makron sülh sazişinin mətni üzrə razılaşmanı ALQIŞLADI

Paşinyandan müzakirəsi yekunlaşan sülh sazişi ilə bağlı AÇIQLAMA

"Sülh Sazişinin imzalanma tarixi və yeri barədə danışıqlara başlamağa hazırıq" - Ermənistan XİN
