"Azərbaycan hökuməti bu qədər böyük ərazidə yeni ölkə qurur" - Vitse-spiker
"İşğaldan azad olunmuş və bu gün yenidən qurulan ərazilərimizin sahəsi Ermənistanın bütün ərazisinin yarısında çoxluq təşkil edir. Mahiyyət etibarı ilə Azərbaycan hökuməti bu qədər böyük ərazidə yeni bir ölkə qurur".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisdə Nazirlər Kabinetinin 2024-cü il üzrə hesabatının müzakirəsi zamanı MM sədrinin birinci müavini Əli Əhmədov deyib.
Vitse-spiker bildirib ki, bu, Azərbaycan hökumətinin böyük maliyyə və iqtisadi imkanlara malik olduğunu sübuta yetirən ən mühüm göstəricilərdən biridir:
"Ayrı-ayrı zamanlarda bəzi ölkələrdə belə hallar olub. Ancaq bu ölkələrdə dağıdılmış ərazilərin yenidən qurulmasına bir sıra ölkələrin donorluğu ilə böyük vəsaitlər cəlb olunub. Azərbaycan isə özünün vəsaiti hesabına bu qədər böyük ərazidə quruculuq və abadlıq işlərini uğurla həyata keçirir".
Nicat
Digər Xəbərlər
26 Mart 2026 13:00
Moped idarə edənlərin nəzərinə: Bu gündən...
25 Mart 2026 13:13
Prezident “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında - FOTOLAR
25 Mart 2026 11:41
Sumqayıtda xeyir-şər evlərinin fəaliyyəti dayandırılıb? - RƏSMİ AÇIQLAMA
25 Mart 2026 11:33


Bakı -°C

