"907-ci düzəliş ilk növbədə elə Vaşinqtonun özünün Cənubi Qafqazdakı maraqlarına təhdiddir"
Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında ikitərəfli əlaqələr özünün ən dinamik, məhsuldar və yüksək inkişaf dövrünü yaşayır. Xüsusilə Prezident İlham Əliyev ilə ABŞ Prezidenti Donald Tramp arasındakı qarşılıqlı hörmətə və səmimi dialoqa söykənən liderlərarası etimad fonunda Azərbaycan-ABŞ tərəfdaşlığının tarixdə heç vaxt görünmədiyi qədər strateji və yüksək səviyyədədir. İki ölkə arasında güclənən bu etimad mühiti və regional müstəvidə yaranan yeni reallıqlar uzun illərdir gündəmdə olan 907-ci düzəlişin tamamilə ləğv edilməsi üçün tarixi bir şans yaratmışdır.
Proseslərin gedişi göstərir ki, 907-ci düzəliş qəbul edilərkən heç bir real situasiyaya əsaslanmadığı kimi, bu gün də Cənubi Qafqazda formalaşan sülh mühiti və Azərbaycan ilə Ermənistan arasında başlanan ilkin ticari əlaqələr həmin məhdudiyyətin heç bir praktiki və siyasi əsasının qalmadığını, daha dəqiq desək, regionda baş verən köklü müsbət dəyişikliklərin 907-ci düzəlişin mahiyyətcə öz əhəmiyyətini itirdiyini sübut edir. Bu gün Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyi irəliləyir, tranzit və kommunikasiya məhdudiyyətləri aradan qaldırılır. Hətta Azərbaycanın regionda sülhün və inteqrasiyanın aparıcı qüvvəsi kimi Ermənistana enerji məhsulları və yanacaq ixrac etməsi yeni əməkdaşlıq modelinin bariz göstəricisidir. Cənubi Qafqazda sabitliyin, barışığın və iqtisadi tərəqqinin bilavasitə Azərbaycanın təşəbbüsləri ilə bərqərar olduğu bir şəraitdə 907-ci düzəliş kimi köhnəlmiş mexanizmlərin mövcudluğu tamamilə mənasını itirir.
Liderlərin siyasi iradəsi, 10 fevral və 8 avqust sənədlərində öz əksini tapmış strateji tərəfdaşlıq prinsipləri və regiondakı sülh quruculuğu prosesinin ikitərəfli əlaqələri keyfiyyətcə yeni müstəviyə daşıması ilə yaranmış bu müsbət atmosfer və tarixi fürsət 907-ci düzəlişin tamamilə aradan qaldırılmasına, Azərbaycan-ABŞ münasibətlərinin tam miqyaslı strateji müttəfiqlik səviyyəsində inkişafına geniş yol açır. Vaşinqton və Bakı arasında strateji dialoq, enerji təhlükəsizliyi, regional nəqliyyat dəhlizləri və təhlükəsizlik sahəsindəki sarsılmaz əməkdaşlıq isə ikitərəfli münasibətlərin təməlini daha da məhkəmləndirir. Bu pozitiv dinamika həm də mədəni-humanitar sahədə, akademik mübadilələrdə və xalqlararası əlaqələrdə yeni imkan pəncərələri açır.
Belə olan təqdirdə, "Azadlığa Dəstək Aktı"na 907-ci düzəliş əslində Azərbaycana qarşı qərəzli ədalətsizlik olmaqla yanaşı, həm də Vaşinqtonun Cənubi Qafqazdakı maraqlarına təhdid kimi mövcudluğunu qorumaqdadır.
İbrahim Zahidli,
politoloq
Geneva "EU Business Scool” məzunu
Digər Xəbərlər
07 Sentyabr 2026 16:41
Qanla yazılan tarixə başqa boyaq olmaz! - Zaur Əhməd yazır
04 Sentyabr 2026 16:29
Hörmüzün Kölgəsində: Yaxın Şərqin Çətin Seçimi
03 Sentyabr 2026 08:18
Azərbaycanın Avrasiya məkanında rolu artmaqdadır
03 Sentyabr 2026 07:46
Azərbaycan-Qırğızıstan münasibətləri: tarixi dostluqdan strateji müttəfiqliyə
02 Sentyabr 2026 16:14
98 saylı uşaq bağçası: əsassız ittihamlar və bir valideynin gördüyü həqiqət
27 Avqust 2026 07:53
Qarşılıqlı etimad mühiti Azərbaycan – Özbəkistan əlaqələrinin sürətli inkişafına təkan verir
26 Avqust 2026 15:27
Laçın – yenidən doğulan bir Vətən
26 Avqust 2026 10:42


Bakı -°C

