08 Avqust 2025 11:10
189
GÜNDƏM

96+34 ildir əlimizdən gedən yurdumuz: Bayquşların işğalndakı Nüvədi

Bu gün kədərlə andığımız bir tarixin ildönümüdür! 1991-ci il avqustun 7-dən 8-nə keçən gecə! Qərbi Zəngəzurun Meğri rayonu və Megri rayonunun Nüvədi kəndinin camaatı öz doğma ata-baba yurdundan deportasiya olunur.


Tarixi məlumatlarda bildirilir ki, Nüvədi kəndinin adı 1593-cü ildə Osmanlı İmperiyasının İrəvan əyalətinin İsgəndərqalası livasının nahiyəsi Masırı nahiyəsinin kəndi olaraq adı çəkilir.25 ailə yaşadığı qeyd edilir.

Xəyanət və satqınlığın simvolu olan sovet hökümətinin Azərbaycanda bərqərar olması bədniyyətlərin başlamasına rəvac verir. Beləki, Nüvədi kəndi 1929-cu ilə qədər inzibati ərazi bölgüsü cəhətdən Azərbaycanın Cəbrayıl qəzasına tabe olub.

O zamankı Zaqafqaziya sovet rəhbərliyi Nüvədi kəndini qeyri-qanuni olaraq Ermənistan SSR-in Mehri qəzasının inzibati idarə etməsinə verir. Həmin sənəd uzun müddət rəsmən təsdiq edilməsə də, 1969-cu ilin mayında kəndin əhalisinin heç bir razılığı alınmadan Nüvədi Ermənistan SSR-in Mehri rayonunun inzibati ərazi vahidinə daxil edilir.



Nüvədi kəndinin qədim tarixi, mədəni abidələri, ziyarətgahları, zəngin təbiəti, müalicəvi suları, faunası Qafqaza 1828-ci ildə Rusiya tərəfindən köçürülmüş haylara peşkəş verilir.
Nə qədər ki, azərbaycanlılar orada yaşayırdılar, kənd Nüvədi adlandırılırdı. Elə ki, kənd əhli o kənddən vəhşicəsinə qovuldu, yerinə köçəri hay -qaraçıları yerləşdirildi, Nüvədi kəndinin adının dəyişdirilərək “Nrnadzor” adlandırıldı.Əslində bu da toponimik bir soyqırım idi. Ermənistanda 2011-ci il siyahıyaalınmasının nəticələrinə görə, Nrnadzorun daimi əhalisi 148 nəfər oldu , yəni 148 erməni orda şad-xürrəm azərbaycanlıların əziyyətlə tikdiyi -qurduğu evlərdə yaşayır.

Təsəvvür edin, kənddə 1831-ci ildə 291 nəfər, 1873-cü ildə 705 nəfər, 1886-cı ildə 1083 nəfər, 1897-ci ildə 952 nəfər, 1904-cü ildə 771 nəfər, 1914-cü ildə 1072 nəfər yalnız azərbaycanlı yaşayıb. Əlbəttə ki, bu bir vəhşilik əamətidir ki, kimisə evindən qovub , həyasızcasına, vicdan əzabı çəkmədən orda yaşayasan.


1948-ci il tarixli Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, 1951-ci il Qaçqınların statusu haqqında Beynəlxalq Konvensiya, 1966-cı il beynəlxalq paktları, BMT-nin 1998-ci il tarixli Məcburi köçkünlərlə bağlı Rəhbər Prinsipləri, BMT-nin İqtisadi və Sosial Şurasının 2005-ci ildə qəbul etdiyi Qaçqınlar və məcburi köçkünlər üçün ev və əmlak restitusiyası Prinsipləri və digər beynəlxalq sənədlər nüvədililərin bu qanuni və tarixi haqqını tanıyır. Nüvədi sakinləri bu işdən geri çəkilməyəcək.

(Ermənilərin yaşadığı azərbaycanlı evi. Təmir etmirlər, əbədi qalacaqlarına ümid etmirlər.)


Belə anlamaq olar ki, qədim yurdumuz Nüvədiyə dönmək ümidimiz tezliklə reallaşacaq!

 Əntiqə Rəşid