Hakimlərin xidməti vəsiqəsinin nümunəsini Məhkəmə-Hüquq Şurası təsdiqləyəcək
Hakimlərin xidməti vəsiqəsinin nümunəsi Məhkəmə-Hüquq Şurası tərəfindən təsdiq və təqdim ediləcək.
Adalet.az xəbər verir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında "Məhkəmələr və hakimlər haqqında" və "Məhkəmə-Hüquq Şurası haqqında" qanunlara dəyişiklik təklif edilir.
Qanun layihəsi məhkəmə hakimiyyətinin müstəqilliyi, habelə məhkəmə hakimiyyətinin özünüidarə orqanı kimi Məhkəmə-Hüquq Şurasının statusu və səlahiyyətləri nəzərə alınmaqla hakimin xidməti vəsiqəsinin təsvirinin və nümunəsinin təsdiq edilməsi, habelə həmin xidməti vəsiqələrin təqdim olunmasının vahid formada Məhkəmə-Hüquq Şurası tərəfindən həyata keçirilməsi məqsədilə hazırlanıb.
Məlum olduğu kimi, 1999-cu il 22 iyun tarixli 691-IQ nömrəli qanunla təsdiq edilmiş "Hakimlərin xidməti vəsiqəsi haqqında Əsasnamə" ilə hakimlərin xidməti vəsiqəsinin təsviri və vəsiqədə göstərilən məlumatlar müəyyən edilib. Eyni zamanda, "Məhkəmə-Hüquq Şurası haqqında" qanunda 2011-ci il iyunun 10-da edilmiş dəyişikliklərə əsasən hakimlərin vəsiqələrinin nümunələrinin təsdiq edilməsi Məhkəmə-Hüquq Şurasının vəzifələrinə aid edilib.
Sənəddə qeyd edilib ki, bununla əlaqədar olaraq, hakimlərin xidməti vəsiqələrinin nümunələri "Hakimlərin xidməti vəsiqəsi haqqında Əsasnamə"nin tələblərinə uyğun olaraq Məhkəmə-Hüquq Şurasının 2012-ci il 10 fevral tarixli qərarı ilə təsdiq edilib.
Bununla belə, hakimlərin vəsiqələrinin nümunələri Şura tərəfindən təsdiq edilsə də, yuxarıda qeyd edilən Əsasnamə qüvvədə olduğundan faktiki olaraq Şura həmin Əsasnamədə vəsiqələrə dair müəyyən edilmiş tələblərdən kənara çıxa bilməyib.
Vurğulanıb ki, məhkəmə instansiyalarından asılı olaraq hakim vəsiqələrinin təqdim edilməsi qaydasında mövcud olan fərqlər aradan qaldırılmayıb.
Qeyd olunanlara əsasən, layihədə hakimlərin xidməti vəsiqəsinin nümunəsinin Məhkəmə-Hüquq Şurası tərəfindən təsdiq edilməsi və Məhkəmə-Hüquq Şurasının sədri tərəfindən təqdim edilməsi müəyyən edilir. Buna uyğun olaraq, layihədə "Hakimlərin xidməti vəsiqəsi haqqında" qanunun və həmin qanunla təsdiq edilən eyniadlı Əsasnamənin ləğvi təklif olunur.
Xatırladaq ki, qüvvədə olan qanuna əsasən hakimlərin xidməti vəsiqələrinin nümunələri Milli Məclis tərəfindən müəyyən edilirdi.
Sənəddə qeyd edilib ki, eyni yanaşma prokurorluq işçilərinin xidməti vəsiqələrinə münasibətdə də tətbiq olunub. Belə ki, "Prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında" qanun və həmin sənədlə təsdiq edilən eyniadlı Əsasnamə ləğv edilib, prokurorluq işçilərinin xidməti vəsiqəsinin nümunəsinin Azərbaycanın Baş prokuroru tərəfindən təsdiq edilməsi müəyyən olunub
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Digər Xəbərlər
23 Dekabr 2025 14:12
“Rusiya ilə Ramiz Mehdiyevin açıq, Əli Kərimlinin gizlin əlaqələri olub...”
23 Dekabr 2025 14:01
“Azərsun Holdinq”in “Tullantıları hədiyyələrə dəyiş” ekoloji festivalına dəstək verib - FOTOLAR
23 Dekabr 2025 13:15
Minatəmizlənmədə heyvanların istifadəsi qaydası müəyyənləşir
23 Dekabr 2025 12:44
Könül Nurullayeva növbəti səyyar qəbulunu keçirib - FOTOLAR
23 Dekabr 2025 12:37
"Nümunəvi Türkiyə-Azərbaycan Universitetinin yaranmasına nail ola bilmədik" - Fazil Mustafa
23 Dekabr 2025 12:36
Azərbaycanda yeni informasiya sistemi yaradılır
23 Dekabr 2025 12:13
Kamran Əliyev Binəqədi prokurorluğunun yeni binasının açılışını etdi - FOTOLAR
23 Dekabr 2025 11:45


Bakı -°C

