adalet.az header logo
  • Bakı -°C
23 Dekabr 2025 14:12
74
GÜNDƏM
A- A+

“Rusiya ilə Ramiz Mehdiyevin açıq, Əli Kərimlinin gizlin əlaqələri olub...”

“Ramiz Mehdiyev Azərbaycanda avtoratizmə qarşı mübarizə aparmaq və demokratiyanı təmin etmək məqsədi ilə təkliflər hazırlayıb. Bu barədə məktub yazıb və nədənsə bu məktubu dünyada avtoratizmin dayağı sayılan Rusiyaya göndərib. Ramiz Mehdiyev orda çox qəribə məsələlərdən bəhs edir. Dünyada bənzəri olmayan bir idarəçilik sistemi təklif edir. Dövlət şurasının seçilməsindən danışır və öz şakərinə uyğun olaraq seçiləcək adamların siyahısını da tərtib edib”. 

Bunu Adalet.az-a açıqlamasında Azərbaycan Naminə Alyans partiyasının sədri Abutalıb Səmədov deyib. 

O, bildirib ki, Ramiz Mehdiyevin təqdim etdiyi siyahının başında Əli Kərimlinin adı var:

“Cəmiyyətdə belə bir mübahisə var ki, Ramiz Mehdiyev Rusiyanın adamıdı, Əli Kərimli isə daim Rusiyanın əleyhinə bəyanatlar verən siyasətçidir. Bunlar nə cür bir yerdə ola bilər? Ancaq diqqətlə baxanda bu iki siyasətçi oxşar xarakterli və oxşar siyasi bioqrafiyaya malik olan insanlardır. Hər ikisi “Komsomol”dan başlayıb. Prezident Administrasiyasının rəhbəri kimi öz siyasi karyeralarını başa vurublar. Əli Kərimli dövlət katibi idi və o, aparata rəhbərlik edirdi. Hər ikisi onların üzərində haqqı olan insanlara xəyanət ediblər”. 

O, deyib ki, Ramiz Mehdiyev Prezident Heydər Əliyevə və İlham Əliyevə xəyanət edib:

“Vəzifədən getdikdən sonra 44 günlük Vətən müharibəsindəki qələbəmiz, suverenliyimizin təmin olunması barədə danışmaq istəmədiyini deyib. Əli Kərimli Əblüfəz Elçibəyin etibarından istifadə edib və partiyanı, “Azadlıq” qəzetini ələ keçirib və Əbülfəz Elçibəyin son günlərinin çox iztirablı keçməsinin əsas səbəbkarlarından biri olub. Hər ikisi hakimiyyətlə konstruktiv münasibətlər qurmaq istəyən partiyaları “cib müxalifəti” və yaxud “avtobus müxalifəti” adlandırıb”. 

A.Səmədovun sözlərinə görə, Rusiya ilə Ramiz Mehdiyevin açıq, Əli Kərimlinin gizlin əlaqələri olub və bu əlaqələr də araşdırılmaqdadır: 

“Söhbət 2013-cü ildə yaradılan və Rusiyanın layihəsi olan Milli Şuradan gedir. O Milli Şura ki, bu günə kimi Əli Kərimli onun ömrünü uzatmaq üçün əlindən gələni edib. Baxmayaraq ki, Milli Şuranı yaradanların mütləq əksəriyyəti yoxdur və onun tərkibində partiyalardan AXCP qalıb. Bu səbəbdən Əli Kərimlinin istintaqa cəlb olunması tamamilə təbiidir. Mən hesab edirəm ki, bu istintaq hələ bizim gözləmədiyimiz çox şeyləri üzə çıxardacaq”. 

Vasif