"Nümunəvi Türkiyə-Azərbaycan Universitetinin yaranmasına nail ola bilmədik" - Fazil Mustafa
“Bir gerçəklik var ki, Türkiyə ilə illərdir aramızda sənədlər imzalansa da, biz nümunəvi Türkiyə-Azərbaycan Universiteti yaranmasına nail ola bilmədik. Hərbi və digər sahələrdə irəliləyən imkanlarımız var. Amma təhsildə sənəddən o tərəfə keçəcək məqamları real həyatda tətbiq edə bilmirik”.
Adalet.az xəbər verir ki, bunu deputat Fazil Mustafa Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair 2021-ci il 19 fevral tarixli Protokola Əlavə Protokol”un təsdiq edilməsi haqqında qanun layihəsinin müzakirəsi zamanı deyib.
“Yəni bizim peşə təhsili ilə bağlı müqavilə bağlaya biləcəyimiz ölkə bəlkə də Almaniyadır, Avropa ölkələridir. Çünki orda peşə təhsili tamam başqa cür həyata keçirilir. Nümunəvi Türkiyə-Azərbaycan Universiteti üçün addımlar atıldı, amma bu məsələni biz populyar bir universitetə çevirə bilmədik. Ona görə də biz peşə təhsilinə bu aspektdə yanaşmalıyıq. Ona görə də bu sahəyə baxan məmurlar Türkiyə ilə Azərbaycan arasında bağlanmış bütün müqavilələrə ciddi yanaşmalı, ona mane olmamalıdırlar. Türkiyə məktəbləri Azərbaycan məktəb sferasından çıxıb və hansısa bir şəkildə onun bərpası istiqamətində addımlar atılmadı. İndi biz rus-dili ilə bağlı müəyyən problemlər yaşayırıq, kadrlarımız yoxdur. Orta məktəblərdə rusdilli təhsilin nə qədər zəif olduğunu görürük. Amma bunun heç olmasa, dilcə yaxın olan Türkiyə məktəb sisteminin də müəyyən təzahürlərinin olması vacibdir".
Digər Xəbərlər
12 Yanvar 2026 18:45
Azad olunan ərazilərə qayıdan şəxslərə - XƏBƏRDARLIQ
12 Yanvar 2026 17:43
Azərbaycanda bəzi gömrük yığımlarının məbləğləri dəyişdi
12 Yanvar 2026 16:02
"Bakıda su və kanalizasiya sistemləri istismar müddətini başa vurub" - Zaur Mikayılov
12 Yanvar 2026 16:01
Azərbaycanda tullantı sutəmizləyici 9 yeni qurğu tikiləcək
12 Yanvar 2026 15:58
Nazirlər Kabinetinə siyahı təqdim ediləcək, məcburi köçürmələr olacaq
12 Yanvar 2026 15:49
"Bir neçə göl qurudularaq ərazi zəbt olunub" - Agentlik sədri
12 Yanvar 2026 15:34
"Mil-Muğan zonasında su təminatı yaxşılaşdırılacaq" - Şahin Mustafayev
12 Yanvar 2026 12:02


Bakı -°C

