"Bakıda su və kanalizasiya sistemləri istismar müddətini başa vurub" - Zaur Mikayılov
Bakı şəhərində və Abşeron yarımadasında sosial-iqtisadi inkişaf və demoqrafik artım fonunda su və kanalizasiya sistemləri ciddi yüklənmə altındadır.
Adalet.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirədə çıxışında deyib.
O bildirib ki, Bakı şəhərindəki su və kanalizasiya sistemləri əsasən 1980-ci illərin sonuna qədər hazırlanıb və həmin dövrdən bu günə qədər yaşayış məntəqələrinin ərazisi 2,6 dəfə, əhalisi isə 2,1 dəfə artıb:
"Əsas magistral xətlərin istismar müddəti çoxdan başa çatıb, müasir nəzarət sistemləri isə standartlara heç bir şəkildə cavab vermir. Nəzərə alsaq ki, bu xətlərin çoxunun ömrü 40–50 il üçün nəzərdə tutulub, hazırda onların istismar müddəti artıq bitib. Əksər yağış suyu kollektorlarının kanalizasiya xətlərinə qoşulması sistemlərdə əlavə yüklənmələr yaradıb. Vaxtilə Bakıda mövcud olan yağış sularının axıdılması sistemlərinin hamısı 1990-cı illərdə kanalizasiya kollektorlarına çevrilib. Əsas kollektorların maksimal ötürücülük qabiliyyətinin formalaşan su miqdarını qarşılaya bilməməsi həm əhalinin artması, həm də yağış sularının həmin kollektorlara axıdılması ilə əlaqədardır. Bir çox magistral xətlərin mühafizə zonaları zəbt olunub. Aparılan təhlillər göstərib ki, Bakı şəhərində əsas kanalizasiya magistrallarının istismarını çətinləşdirən, hətta mümkünsüz edən 1600-dən çox fərdi yaşayış evi və digər tikililər mövcuddur. Bu hallar bəzi ərazilərdə istismar müddəti bitmiş kanalizasiya sistemlərinin çökməsinə və əhalinin evlərinə ziyan dəyməsinə səbəb olur".
Z. Mikayılov çıxışında içməli suya əlçatanlıq və fasiləsiz su təminatı ilə bağlı göstəricilərə də toxunub.Onun sözlərinə görə, Azərbaycanda içməli suya əlçatanlıq 73,4 %, Avropa İttifaqında isə 95 %-dir:
"Fasiləsiz su təminatı ölkə üzrə 72,5 %, Bakı və Abşeron yarımadasında isə 70 % təşkil edir. Bu fərq son illərdə regionlarda həyata keçirilən genişmiqyaslı quruculuq işləri ilə bağlıdır və məhz buna görə də rayonlarda fasiləsiz suya əlçatanlıq daha yüksəkdir".
Digər Xəbərlər
12 Yanvar 2026 18:45
Azad olunan ərazilərə qayıdan şəxslərə - XƏBƏRDARLIQ
12 Yanvar 2026 17:43
Azərbaycanda bəzi gömrük yığımlarının məbləğləri dəyişdi
12 Yanvar 2026 16:01
Azərbaycanda tullantı sutəmizləyici 9 yeni qurğu tikiləcək
12 Yanvar 2026 15:58
Nazirlər Kabinetinə siyahı təqdim ediləcək, məcburi köçürmələr olacaq
12 Yanvar 2026 15:49
"Bir neçə göl qurudularaq ərazi zəbt olunub" - Agentlik sədri
12 Yanvar 2026 15:34
"Mil-Muğan zonasında su təminatı yaxşılaşdırılacaq" - Şahin Mustafayev
12 Yanvar 2026 12:02
Azad edilmiş ərazilərdə daha 177 mina aşkarlandı
12 Yanvar 2026 10:12


Bakı -°C

