adalet.az header logo
  • Bakı -°C
04 Mart 2026 13:29
63
GÜNDƏM
A- A+

“Birlik və Qardaşlıq” iftar proqramı keçirildi - FOTOLAR

Uluslararası Demokratlar Birliyi (UID Azərbaycan) tərəfindən “Birlik və Qardaşlıq” adlı ənənəvi iftar proqramı təşkil olunub.

Adalet.az xəbər verir ki, ənənə halını alan və sayca 4-cü dəfə keçirilən proqramda dövlət və ictimai qurumların nümayəndələri, diplomatik korpus üzvləri, millət vəkilləri, ictimai-siyasi xadimlər və müxtəlif sahələri təmsil edən 1000-ə yaxın qonaq iştirak edib.

Tədbir Quran tilavəti və Azanın səsləndirilməsi ilə başlayıb. Daha sonra proqramın rəsmi açılış mərasimi keçirilib.

UID Azərbaycan rəhbəri Cengiz Aygör tədbirin məqsədindən və əhəmiyyətindən danışıb. O qeyd edib ki, “Birlik və Qardaşlıq” iftar proqramı yalnız Ramazan ayının mənəvi dəyərlərini bölüşmək deyil, eyni zamanda Azərbaycan və Türkiyə arasında dostluq, qardaşlıq və əməkdaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə töhfə verən mühüm platformadır.

UID Baş Ofisinin sədr müavini Mehmet Akkoç Uluslararası Demokratlar Birliyinin fəaliyyət istiqamətləri və beynəlxalq səviyyədə həyata keçirdiyi layihələr haqqında məlumat verib, belə görüşlərin ölkələr arasında sosial və mədəni bağların gücləndirilməsində mühüm rol oynadığını vurğulayıb.

Türkiyə-Azərbaycan Dostluq Qrupu sədri, İstanbul millət vəkili Şamil Ayrım iki qardaş ölkə arasında mövcud olan strateji münasibətlərin əhəmiyyətinə toxunaraq bu kimi tədbirlərin xalqlar arasında birlik və həmrəyliyin möhkəmlənməsinə xidmət etdiyini bildirib.

Tədbirdə çıxış edən Türkiyə Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Prof. Dr. Birol Akgün isə Ramazan ayının mənəvi dəyərlərindən danışaraq, bu müqəddəs ayın insanları bir araya gətirən, paylaşma və həmrəylik ruhunu gücləndirən xüsusi bir dövr olduğunu qeyd edib.

Proqramda rəsmi qonaqlar sırasında Yeni Azərbaycan Partiyasının sədr müavini Tahir Budaqov, millət vəkilləri, diplomatik korpus nümayəndələri, səfirlik əməkdaşları, ictimai-siyasi xadimlər və müxtəlif sahələri təmsil edən tanınmış şəxslər iştirak ediblər.

Səmimi və dostluq mühitində keçən tədbir iştirakçılar arasında qarşılıqlı ünsiyyət, əməkdaşlıq və mənəvi dəyərlərin paylaşılması üçün geniş imkan yaradıb.