Azərbaycanda bu idmançılara hərbi xidmətdən möhlət verilməsi təklif olunur
"Federasiyaların adından bir problemi nəzərə çatdırmaq istərdim. Bizim idmançılar 17 yaşından, məktəbi bitirdikdən sonra universitetə qəbul olanlar təhsillərini davam etdirirlər. Ali təhsil müəssisəsinə qəbul olmayanlar isə hərbi xidmətə gedirlər. Dünya və Avropa çempionatlarında iştirak emtək də vətənə xidmətdir. Bunu nəzərə alsaq, bu halda həmin yaşlarda idmançıları itirmiş oluruq".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman komitəsinin bu gün keçirilən iclasında Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Olimpiya çempionu Fərid Mansurov deyib.
"Dünya və Avropa çempionatlarında hər çəki dərəcəsində bir idmançı iştirak edir. Həmin idmançı nəticə qazandığı halda Azərbaycan İdman Akademiyasına qəbul olunur. Digərləri isə kənarda qalır. Atlet 1 il 6 ay hərbi xidmət çəkdikdə həmin idmançını itirmiş oluruq. Belə olan halda peşəkar idmanda rəqabətlik itir, ardı gəlmir, müəyyən vaxtdan nəticə verən federasiyalar məcbur olurlar ki, müəyyən çəki dərəcəsində legioner idmançıları dəvət etsinlər. Bu qanunla tənzimlənsəydi, aidiyyəti dövlət qurumları ilə danışıqlar aparılsaydı, hər hansı meyarlar həyata keçirmək olsaydı, yaxşı olardı", - deyə F.Mansurov qeyd edib.
Digər Xəbərlər
04 Mart 2026 13:44
İranlı pilotlar Azərbaycan sərhədi ilə təxliyə olundu - FOTO
04 Mart 2026 13:29
“Birlik və Qardaşlıq” iftar proqramı keçirildi - FOTOLAR
04 Mart 2026 12:55
Bakcell 8 Martı xanım jurnalistlərlə birgə qeyd edib - FOTOLAR
04 Mart 2026 12:46
Son iki saatda daha 21 nəfər İrandan Azərbaycana təxliyə olundu
04 Mart 2026 12:30
Tələbələrə ictimai nəqliyyatda endirim ediləcək
04 Mart 2026 12:26
Araz Paşayev: 980 nəfər fevral ayında sanatoriya-kurort yollayışlarından istifadə edib
04 Mart 2026 10:45
Azərbaycanda 31 aptekdə nöqsan aşkarlandı
04 Mart 2026 10:33


Bakı -°C

