Azərbaycanın ən populyar sosial şəbəkələri
Bu ilin fevral ayında Azərbaycanda istifadəçilərin"Instagram" sosial şəbəkəsində aktivliyi əvvəlki ayla müqayisədə 4,26 faiz bəndi azalaraq 16,85 faiz təşkil edib.
Adalet.az bu barədə "Global Stats" Statistik Mərkəzinin məlumatlarına istinadən xəbər verir.
Bu göstərici üzrə ikinci yeri "Facebook" tutur. Hesabat ayında platformanın payı aylıq ifadədə 10,92 faiz bəndi artaraq 39,8 faizə çatıb.
Siyahıda üçüncü yeri 21,93 faiz göstərici ilə "YouTube" tutur (əvvəlki ayla müqayisədə 0,69 faiz bəndi azalma).
Bu göstəriciyə görə dördüncü yerdə "Pinterest" sosial şəbəkəsi qərarlaşıb. Onun yerli bazardakı payı ötən ayla müqayisədə 2,16 faiz bəndi azalaraq 8,83 faiz təşkil edib.
Media platforması "LinkedIn" 5,79 faiz göstərici ilə Azərbaycanın sosial şəbəkələr bazarında populyarlıq üzrə beşinci yeri tutub (ay ərzində 1,94 faiz bəndi azalma).
Reytinqdə altıncı yeri isə 5,38 faiz göstərici ilə "X" platforması tutub (əvvəlki ayla müqayisədə 1,58 faiz bəndi azalma).
Digər Xəbərlər
10 Aprel 2026 09:35
ETX Macarıstandan daxil olan müraciət əsasında araşdırma aparıb
06 Aprel 2026 16:36
“Bakcell” ilə ingilis dilini “Singit” tətbiqində öyrən
05 Aprel 2026 16:08
Çin şirkətləri ABŞ ordusu barədə "kəşfiyyat məlumatları" satmağa başlayıblar
02 Aprel 2026 16:36


Bakı -°C

