"Google" və "Intel" əməkdaşlığı genişləndirir
"Google Cloud" və "Intel" süni intellekt infrastrukturu sahəsində çoxillik əməkdaşlıqlarını genişləndirdiklərini açıqlayıblar.
Adalet.az xəbər verir ki, bu barədə “TechCrunch” platforması məlumat yayıb. Yeni razılaşmaya əsasən, "Google" Cloud Intel-in ən son nəsil prosessorlarından istifadə etməyə davam edəcək və tərəflər birgə çip inkişafını daha da dərinləşdirəcək.
Şirkətin məlumatına görə, "Google Cloud" artıq uzun illərdir Intel-in "Xeon" prosessorlarından istifadə edir və bu əməkdaşlıq çərçivəsində "Intel Xeon" 6 daxil olmaqla yeni nəsil çiplər süni intellekt, bulud və inference (modelin işlədilməsi) proseslərində tətbiq olunacaq. Bununla yanaşı, tərəflər məlumat mərkəzlərində iş yükünü daha effektiv idarə etmək üçün istifadə olunan xüsusi infrastruktur prosessorlarının (IPU) birgə inkişafını genişləndirəcək. Bu çiplər CPU-ların üzərindəki yükü azaltmaqla performansı və enerji səmərəliliyini artırır. 2021-ci ildən başlayan bu əməkdaşlıq xüsusilə xüsusi ASIC əsaslı IPU-ların yaradılmasına fokuslanacaq.
Intel-in baş icraçı direktoru Lip-Bu Tan bildirib ki, süni intellekt infrastrukturu təkcə GPU-lardan ibarət deyil: “AI sistemlərinin miqyaslanması balanslı yanaşma tələb edir. CPU və IPU-lar bu prosesdə əsas rol oynayır.” Son dövrlərdə sənayedə CPU-lara tələbatın artması da bu əməkdaşlığın önəmini artırır. GPU-lar əsasən AI modellərinin təlimində istifadə olunsa da, CPU-lar modellərin işlədilməsi və ümumi sistem infrastrukturu üçün kritik əhəmiyyət daşıyır. Bu səbəbdən texnologiya şirkətləri CPU sahəsinə daha çox diqqət ayırmağa başlayıb./Modern.az
Digər Xəbərlər
30 Aprel 2026 11:13
“Texnoloji çağ internet inqilabı ilə başladı”
27 Aprel 2026 12:41
TikTok gənclərin düşüncə tərzini necə dəyişir?
23 Aprel 2026 16:49
“Bakcell” gənc qızların İKT sahəsində təhsilinə dəstək verir
23 Aprel 2026 10:02
Türkiyə də uşaqlara sosial medianı qadağan etdi
20 Aprel 2026 16:34
Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıldı
20 Aprel 2026 10:31
“AzInTelecom”un superkompüter infrastrukturundan istifadə genişlənir
14 Aprel 2026 15:43
Bakcell-in baş icraçı direktoru vəzifəsindən ayrıldı
10 Aprel 2026 09:35


Bakı -°C

