Bakcell yeni baş icraçı direktor təyinatını elan edib
8 iyun 2026-cı il tarixində Bakcell baş icraçı direktor vəzifəsinə yeni təyinatla bağlı rəsmi məlumat yayıb. Telekommunikasiya sahəsində 35 ildən artıq beynəlxalq təcrübəyə sahib Qunnar Panke şirkətin baş icraçı direktoru vəzifəsinə təyin olunub.
Adalet.az xəbər verir ki, Qunnar Panke telekommunikasiya sektorunda müştəriyönümlü biznes transformasiyası, strateji inkişaf və dayanıqlı artım istiqamətlərində geniş təcrübəyə malikdir. O, Azərbaycan, Almaniya, Fransa, Rumıniya və digər ölkələrin aparıcı telekommunikasiya şirkətlərində müxtəlif rəhbər vəzifələrdə çalışıb.
Qunnar Panke Fransanın Poitiers Universitetində strateji idarəetmə üzrə fəlsəfə doktoru (PhD) dərəcəsinə, həmçinin ENSPTT Universitetinin MBA dərəcəsinə sahibdir. Bundan əlavə, o, INSEAD (Fransa), Oksford Universiteti (İngiltərə), London Biznes Məktəbi (İngiltərə), IE (Madrid), ESMT (Almaniya) və Darden Biznes Məktəbi (ABŞ) kimi dünyanın nüfuzlu ali təhsil müəssisələrində rəhbərlik proqramlarını uğurla tamamlayıb.
“Ölkənin rəqəmsal inkişafında mühüm rol oynayan Bakcell-ə təyinatım mənim üçün böyük məsuliyyət və şərəfdir. Məqsədim innovasiya, süni intellekt və müştəriyönümlü həllər vasitəsilə abunəçilərimiz üçün daha çox dəyər yaratmaqla, Bakcell-in telekommunikasiya sektorundakı mövqeyini daha da gücləndirmək və ölkənin rəqəmsal inkişafında strateji rolunu genişləndirməkdir”, – deyə Qunnar Panke vurğulayıb.
Yeni təyinat Bakcell-in müştəriyönümlü innovasiya, süni intellekt və rəqəmsal xidmətlər istiqamətində uzunmüddətli strateji prioritetlərinin daha da sürətləndirilməsinə təkan verəcək. Qunnar Pankenin rəhbərliyi ilə şirkət müştəri təcrübəsinin daha da təkmilləşdirilməsi və süni intellekt əsaslı həllərin tətbiqinin genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.
Bakcell haqqında
Bakcell Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan Bakcell süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.
Bakcell müxtəlif ölkələrdə və sahələrdə fəaliyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibində olan Azerconnect Group-a daxildir.
Digər Xəbərlər
06 Iyun 2026 19:18
Titotto: "Ağıllı şəhər"lər "ağıllı" materiallara ehtiyac duyur
06 Iyun 2026 17:27
Apple ChatGPT-ni batırır - SİRİ-yə yenilik gəlir
05 Iyun 2026 09:16
“Süni intellektin insanı sürətlə alətə, vasitəyə çevirmək təhlükəsi...”
03 Iyun 2026 16:13
“Bakcell”in dəstəyi ilə boolood İçərişəhərin əsrlərə şahidlik edən qala divarları önündə
01 Iyun 2026 16:37
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək olub
25 May 2026 16:14
“Bakcell” və Gənclər Fondunun “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramının qalibləri müəyyənləşib
25 May 2026 15:37
Yeni kiberdələduzluq: Mobil telefonunuzdan istifadə edirlər və... - XƏBƏRDARLIQ
20 May 2026 11:38


Bakı -°C

