KTV kabel televiziyası abonentləri niyə incidir?
İndi ölkəmizdə çoxlu sayda kabel televiziyası fəaliyyət göstərir! Heç şübhəsiz ki, bunların bir çox üstünlüyü var! Xüsusilə də, KTV - nın gözəl yayımı digər yayım şirkətlərindən fərqlənir.Əlbəttə , bunlar çox yaxşıdı.
Ona görə də əksər insanlar bu yayıma böyük maraq göstərir və düz də edirlər.Ancaq ödəniş vaxtında verməsən elə həmin an yayım dayandırılır.Bunlar hamısı normaldır.Amma normal olmayan odur ki, bu gün saat 10- dan, saat 3- ə kimi bizim Yeni Günəşli yaşayış sahəsindəki 26 nömrəli mənzikdə yayım dayandırıldı və internet kəsildi .
Onlarla əlaqə yaratmaq üçün 012- 127 nömrəli telefona zəng elədik. Hər dəfə telefonun ya məşğul olduğunu , ya da operatorun bu səsini eşitdik:" bir düyməsini basın, sonra operatora qoşulun!" Nə qədər çalışaq da həmin nömrə ilə əlaqə yarada bilmədik. Və həmin nömürə nə qədər kontorumuzu " yedi" .
Bir sözəl, biz KTV kabel televiziyasının məsuliyyətsiiyinin şahidi olduq. Həm pulumuz getdi, həm əsəbləşdik, həm də nə qədər vaxt itirdik.Belə məsuliyyətsizliyi görə Avropa ölkələrində şirkətlər abonentlərə kompensasiya ödəyir, amma bizdə isə şirkətlər nəinki kompensasiya verir, heç üzürxahlıq eləmək istəmirlər. Ancaq ödənişi bir saat gecikdirsən yayım elə həmin an dayandırılır!!! Abonentlər pul ödəyib keyfiyyətli xidmət istəyir. Təəssüf ki, bəzi hallarda biz bunu görmürük və hüquqlarımızın pozulduğunu hiss edirik. Belə xoşgəlməz halların yenidən baş verməməsi üçün şirkət zəhmət çəkib aktiv telefon nömrəsindən istifadə etməlidir.Ki,belə hallarla abonentlər tez- tez üzləşməsin!!!
Emil FAİQOĞLU
Digər Xəbərlər
05 Noyabr 2026 11:08
MKA: “Android TV box” cihazları kibertəhlükə mənbəyinə çevrilə bilər
05 Noyabr 2026 07:36
Yaponiya kütləvi məlumat sızmalarına qarşı xüsusi qrup yaradacaq
03 Noyabr 2026 16:16
Prezidentin adından 100 manat veriləcəyi barədə mesajlarla bağlı - Xəbərdarlıq
03 Noyabr 2026 06:57
Bu ölkədə analoq telefon dövrü bitir - Xəbərdarlıq edildi
03 Noyabr 2026 06:56
Smartfon Wi-Fi-ya qoşulduqda belə gigabayt "yeyir": dayandırmağın yolu
28 Oktyabr 2026 09:24
Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
28 Oktyabr 2026 07:14
Bu şəxslərə “ChatGPT” istifadə etməyi yasaqladılar
27 Oktyabr 2026 16:27


Bakı -°C

