Bakcell “Signature Gala Night” tədbirinin tərəfdaşı oldu
Bakcell mədəniyyət və incəsənətin inkişafına yönəlmiş təşəbbüslərə dəstəyini davam etdirir. Şirkət dünya klassik musiqisinin seçilmiş nümunələrini bir araya gətirən “Signature Gala Night” tədbirinə tərəfdaşlıq edib.
Adalet.az xəbər verir ki, tədbirdə ispan səhnəsinin tanınmış ifaçısı Angeles Toledano, məşhur “The Magic of Sanremo” layihəsinin iştirakçıları, virtuoz gitaraçı Benito Bernal, Azərbaycanın xalq artisti Samir Cəfərov, əməkdar artist Ramil Qasımov və digər tanınmış musiqiçilər səhnə alıblar. Musiqi proqramı Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Böyük Akademik Orkestrinin müşayiəti ilə təqdim olunub. Konsertə teatrın baş dirijoru, əməkdar incəsənət xadimi Əyyub Quliyev rəhbərlik edib.
Bakcell-in tədbirə verdiyi dəstək şirkətin mədəni irsin qorunması, incəsənətin təşviqi və cəmiyyət üçün dəyər yaradan təşəbbüslərin inkişafına yönəlmiş fəaliyyətinin tərkib hissəsidir. Şirkət ölkədə mədəniyyət və incəsənətin inkişafına töhfə verən layihələri dəstəkləməyə davam edir.
Qeyd edək ki, “Signature Gala Night” yerli və beynəlxalq sənətçilərin iştirakı ilə klassik musiqi ənənələrini bir araya gətirən xüsusi mədəniyyət layihəsidir.
Bakcell haqqında
Bakcell Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan Bakcell süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.
Bakcell müxtəlif ölkələrdə və sahələrdə fəaliyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibində olan Azerconnect Group-a daxildir.
Digər Xəbərlər
16 Iyul 2026 10:27
“Aztelekom” yenilənmiş korporativ veb-saytını təqdim etdi
14 Iyul 2026 18:01
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan
13 Iyul 2026 17:45
Saxta malların aşkarlanmasında süni intellektin rolu artır
13 Iyul 2026 11:09
"TikTok" 3 ay ərzində Azərbaycanda 590 min videonu silib
10 Iyul 2026 14:32
Bakcell və Gənclər Fondu "İnnovasiya və Süni İntellekt" üzrə təqaüd proqramının qalibləri ilə görüş keçirib - FOTOLAR
09 Iyul 2026 17:25
Süni intellekt üçün internet Bakcelldən
08 Iyul 2026 09:00
KTV kabel televiziyası abonentləri niyə incidir?
07 Iyul 2026 13:18


Bakı -°C

