Kəmaləddin Heydərov Fələstin səfiri ilə görüşdü
Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Fələstin Dövlətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Əhməd Metani ilə görüşüb.
Adalet.az xəbər verir ki, qonağı səmimi salamlayan K.Heydərov Azərbaycanla Fələstin arasında qarşılıqlı hörmətə və dostluğa əsaslanan münasibətlərin yüksələn xətlə inkişaf etdiyini xatırladıb.
Azərbaycanda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə görülən işlər, o cümlədən Fövqəladə Hallar Nazirliyinin strukturu və fəaliyyəti barədə səfirə ətraflı məlumat verən nazir ötən il Bakıda keçirilmiş Beynəlxalq Mülki Müdafiə Təşkilatının İcraiyyə Şurasının 58-ci və Baş Assambleyasının 3-cü növbədənkənar sessiyaları çərçivəsində Fələstin Dövlətinin mülki müdafiə üzrə baş direktoru Əkrəm Tavabta ilə görüşünün uyğun qurumlar arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində məhsuldar keçdiyini vurğulayıb.
Səmimi görüşə görə təşəkkürünü bildirən Əhməd Metani iki ölkənin fövqəladə hallarla mübarizə sahəsində uyğun qurumlarının əməkdaşlıq münasibətlərinin inkişaf perspektivlərindən danışıb, bu istiqamətdə səylərini əsirgəməyəcəyini bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Digər Xəbərlər
18 Fevral 2026 13:49
Vardanyanı həbs etməsəydik, Paşinyanı devirmək üçün... – Politoloq
18 Fevral 2026 12:28
TÜRKPA ATƏT Nazirlər Şurasının toplantısında iştirak edə bilər
18 Fevral 2026 11:53
Siyasi etimad və əməkdaşlıq
18 Fevral 2026 11:44
Tramp yenidən Zelenskini Rusiyaya güzəştə getməyə məcbur edir – Politoloq
18 Fevral 2026 11:29
İlham Əliyev qambiyalı həmkarını təbrik etdi
18 Fevral 2026 10:26
“Ruben bundan sonrakı ömrünü Azərbaycan həbsxanasında başa vurmalı olacaq”
17 Fevral 2026 15:28
Deputatlar 10 məsələnin müzakirəsinə toplaşacaqlar
17 Fevral 2026 15:14


Bakı -°C

