adalet.az header logo
  • Bakı -°C

Yerə-göyə sığmayan adamlar... - Faiq QİSMƏTOĞLU yazır

FAİQ QİSMƏTOĞLU
49 | 2026-10-04 15:19
A- A+

 İnsanı başqa canlılardan fərqləndirən bir cəhət də , onun özündən razı olması, qozu- qozu gəzməyi, yerə - göyə sığmamağıdı! Görəsən, bəzi insanlar niyə belə edirlər! Onlar Allaha şükür eləmək əvəzinə , burnunu dik tutub gəzir, başqasına yuxarıdan aşağı baxır! Bunu , ancaq insan eləyə bilər...

Bəlkə düz demirik, cənablar! Elə bil ki,  qımışırsnız... Ki, biz də belə - belə şeyləri çox görmüşük və bu    indi yenə görürük! Lap düz edirsiniz! Və bu dünya özünü Allah  hesab edən, burnunu dik tutub gəzən fironların, padşahların, prezidentlərin, kralların, baş nazirlərin əlindən çox əziyyət çəkib! Hətta bizim ölkədə Xalq şairi Sabir Rüstəmxanlının təbirincə desək " bəzi icra başçıları özlərini kiçik padşahlar kimi aparıblar və aparırlar!" Allahın yaratdığı dünyanı dağıdan kimdir! Super dövlətlər, o cümlədən Amerika! Onlar nə istəyir! Onlar bütün dünyanın varın- dövlətin başqa ölkələrin əlindən almaq istəyir. Xoşluğunan neftini, qazını və digər  sərvətlərini verənlərə  dəymirlər !

Verməyənin ölkəsinin altın-üstünə çevirirlər , başına od yağdırırlar! odey,  İran gözümün qabağındadır! Amma onlar bir şeyi unudurlar ki, bu dünya heç kimə qalmayacaq! Yəni Süleymana , Firona, Hitlerə, Stalinə qalmayan dünya Trampa  da qalmayacaq! Bəlkə qalacaq ?  Onu biz deyə bilmərik! Amma onu deyə bilərik ki, dünyanın ən varlı padşahları, fironları, prezidenləri, baş nazirləri rəhmətə  gedəndə  o dünyaya əliboş   gediblər! Bir adam  o dünyaya  bir şey  apara bilməyib. Özü də həmin ədazıl  adamların  nəslindən bu gün bir adam belə  yoxdur!

Çünki vaxtı ilə onlar  xalqa zülm ediblər  və indi də  Allah- təla  əməllərinə görə belə insanlara işgəncə , zülm  verir! Kim olursansa ol, nə iş görmüsən o, gec-tez qarşına çıxacaq! Ona görə də yerə - göyə sığmayan adamlar keçmiş sələflərindən nəticə çıxarmalıdır! Nəticə çıxarmasalar , həyat onların dərslərin  verəcək! Çünki yerə- göyə sığmayanlar, amma qəbirə sığırlar!!!

  • Oktyabr:
  • 2

TƏQVİM / ARXİV