adalet.az header logo
  • Bakı -°C
06 Oktyabr 2026 11:59
60
MƏMLƏKƏT
A- A+

Yağışlı havalarda...

Heç kimə sirr deyil ki, qarlı , yağışlı və dumanlı havalarda nəqliyyat vasitələrini idarə etmək daha  da çətinləşir. Çünki avtomobil yolları  belə havalarda sürüşkən olur, sanki qəzalar üçün  münbit şərait  yaradılır! Artıq bir neçə gündür ki, respublika ərazisində qeyri- sabit hava şəraiti hökm sürür.

İntensiv yağışlar yağır, hətta Qubanın Xınalıq kəndinə 10 santimetr qar  düşüb. Heç şübhəsiz ki, bu da magistral yollarda avtomobillərin idarə edilməsində qəza şəraiti yaradır! Əlbəttə, bu da istər - istəməz hərəkət iştirakçılarını narahat edir! Ona görə də magistral yollarda sürücülər belə qeyri- sabit havalarda  sürət həddinə əməl etməli, ara məsafəsi saxlamalı, yolun şəraitinə uyğun hərəkət etməlidir. Eyni zamanda yağışlı havalarda  ötmə əməliyyatı və maneələr düzgün yerinə yetirilməlidir!

Bir faktı da qeyd edək ki, günün qaranlıq saatlarında yağış yağanda  və yollar yaxşı işıqlandırılmayanda sürücülər yolu və hərəkət iştirakçılarını, o cümlədən piyadaları yaxşı görmür və bu da bəzi hallarda piyadavurma halları ilə nəticələnir! Bir sözlə,  belə qeyri-sabit hava şəraitində sürücülər daha diqqətli olmalıdır! Ki, hər hansı yol-nəqliyyat hadisəsi, o cümlədən ağır qəzalar baş verməsin!!!

Emil FAİQOĞLU