adalet.az header logo
  • Bakı -°C
24 Noyabr 2026 12:31
47
MƏMLƏKƏT
A- A+

Sabah yağış yağacaq

Azərbaycanda noyabrın 25-də gözlənilən hava şəraiti açıqlanıb.

Adalet.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq. Günün əsasən yağmursuz keçəcəyi, lakin gündüz saatlarından başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı ərazilərdə yağıntının qısamüddətli intensivləşəcəyi ehtimal olunur.

Güclü şimal-qərb küləyi axşam saatlarında mülayimləşəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 10-12, gündüz 12-14 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 50-60, gündüz 70-80 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında isə şimal və qərb rayonlarından başlayaraq fasilələrlə yağıntılı hava şəraiti gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur. Bəzi yerlərdə yağıntılar qısamüddətli intensiv xarakter alacaq, şimşək çaxacaq.

Gecə və səhər saatlarında ayrı-ayrı yerlərdə duman müşahidə ediləcək. Mülayim qərb küləyi bəzi ərazilərdə arabir güclənəcək.

Rayonlarda havanın temperaturu gecə 5-9, gündüz 12-15 dərəcə isti, dağlıq ərazilərdə isə gecə 0-3, gündüz 3-5 dərəcə isti olacaq.