Şuşada, Füzulidə, Laçında dalğalanan Azərbaycan bayrağı Türkiyənin də qürurudur- Ərdoğan
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla Türkiyənin Qafqazda sülhün və rifahın təmin olunması istiqamətində birgə fəaliyyətini davam etdirəcəyini bildirib.
Adalet.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin 24-25 noyabr tarixlərində İğdır şəhərində keçirilən “Beynəlxalq Qafqaz Konqresi”nə ünvanladığı müraciətdə qeyd olunub.
Ərdoğan müraciətində Qafqazın tarixinin Türkiyənin də tarixi olduğunu vurğulayıb. O bildirib ki, iki ölkə əsrlər boyu bu coğrafiyanın sevincini və ağrılarını bölüşüb və ortaq tarixin verdiyi güclə gələcək nəsillərə sülh və təhlükəsizlik şəraitində yaşayacaqları region miras qoymaq məsuliyyəti daşıyır.
Türkiyə lideri Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə “Bir millət, iki dövlət” şüarını Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksəltdiklərini xatırladıb.
“Şuşada, Füzulidə, Laçında dalğalanan Azərbaycan bayrağı Türkiyənin də qürurudur. Qarabağda qələbənin sevincini necə birlikdə yaşamışıqsa, Qafqazda sülh və rifah naminə də eyni qətiyyətlə çalışacağıq”, – deyə Ərdoğan bildirib.
O, Zəngəzur keçidinin açılmasının Azərbaycanı Naxçıvanla birləşdirən nəqliyyat infrastrukturunu gücləndirəcəyini, Türkiyə ilə Türk dünyası arasında əlaqələr üçün yeni imkanlar yaradacağını vurğulayıb.
Prezidentin sözlərinə görə, İpək Yolu marşrutlarında ticarətin canlanması, əməkdaşlığın genişlənməsi və xalqlar arasında əlaqələrin möhkəmlənməsi bütün regiona fayda gətirəcək.
Ərdoğan Qafqazla bağlı Türkiyənin baxışını belə ifadə edib: “Bizim vizyonumuza görə, Qafqaz sülhün daimi xarakter aldığı, qonşuların ticarət etdiyi və hər bir ölkənin ümumi rifahdan pay aldığı bir regiondur”.
Türkiyə Prezidenti konqres iştirakçılarının elmi müzakirələrinin və fikir mübadiləsinin bu ortaq gələcəyin qurulmasına töhfə verəcəyinə ümidvar olduğunu bildirib.
Digər Xəbərlər
24 Noyabr 2026 12:04
Azərbaycan daha bir beynəlxalq konvensiyaya qoşulur
24 Noyabr 2026 11:59
İlham Əliyev Monteneqronun Baş nazirini qəbul edib - FOTOLAR
24 Noyabr 2026 11:48
Kənddə biznes quran sahibkara xüsusi güzəştlər verilməlidir - TƏKLİF
24 Noyabr 2026 11:44
"Zəngəzur dəhlizi tarixi İpək Yolunun dirçəldilməsinə xidmət edəcək" - Prezident
24 Noyabr 2026 11:36
Fazil Mustafa: “Naxçıvana ayrılan dotasiyanın azaldılması doğru addım deyil”
24 Noyabr 2026 11:33
İlham Əliyev Konqres iştirakçılarına müraciət ünvanladı
24 Noyabr 2026 11:30
Ermənistan konstitusiyasını dəyişməlidir ki, sülh sazişi imzalansın - Elman Nəsirov
24 Noyabr 2026 11:28


Bakı -°C

