“Balacaların taleyi onların göz yaşlarından daha vacibdir”
“Təşkil olunmuş görüntülər görüntü sayılmır - təşkil olunmuş sayılır. Dövlət səhv etmir. Azərbaycan müharibədən sonra ilk savaşını verməkdədir.Dünyəvi addımın qarşısına dini qadağa çıxır. Məktəb məscid, müəllim molla, şagird isə mürid deyil. Geylərlə dini fanatikləri birləşdirən ortaq cəhət dəyərlərdə bulunmaz. Ya bunlar elə, ya da onlar belə... Hər şəhid anası Həzrəti Fatimə deyil, lakin hər şəhid anası müqəddəsdir”.
Adalet.az xəbər verir ki, bunu politoloq Əziz Əlibəyli deyib.
O, bildirib ki, dövlət öz bədənini təmizləyir:
“Şəhid tabutları qarşısında hamı göz yaşı tökür, lakin heç kim həmin göz yaşlarını Xameneinin videolarına calaq edib, pr etməli deyil.Şəhid anaları üçün ən böyük şəhid oğludur, kimliyindən asılı olmayaraq, digərləri daha böyük şəhid, şəhidlər şəhidi və tapınılacaq birisi deyil. Ermənilərə verilən güllələrdən şəhid olanların adını daşıyan məktəblərə İrana biət edənlərin balaları necə gedir? Əlbəttə, hər dindar İran tərəfdarı və fikrinin daşıyıcısı deyil, lakin tanıdığımız hər dindar elədir. Şəhid anası üçün üçrəngli bayraq övladını soyuq torpaqdan qoruyan ən isti vasitədir, orda ananın isti nəfəsi və göz yaşı var. Lakin bayrağını kəfənə çevirən analar üçün qara parça istehsalını artırmaq qara rəngin məqsədindən görünmürmü?”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
12 Oktyabr 2026 12:23
Sabah hava necə olacaq?
12 Oktyabr 2026 12:20
“Sahar Azəri”nin yayımladığı hicab aksiyası Azərbaycana aid deyil - FOTO
12 Oktyabr 2026 12:12
“Hökumət hansı qərarı qəbul etsə, ona riayət edəcəyik” - Kamal Abdulla
12 Oktyabr 2026 11:31


Bakı -°C

