adalet.az header logo
  • Bakı -°C
12 Oktyabr 2026 19:50
73
HADİSƏ
A- A+

 İşi yarımçıq qoyub gediblər...

Biz tez- tez su, qaz , elektrik xətlərində qəzaların baş verməsi xəbərlərini eşidirik. Təbii ki, belə qəzalar da olanda aidiyyəti qurumlar hadisə yerinə gəlir, baxış keçirir və mövcud problemləri həll edirlər!

On beş gündür ki, Bakı şəhəri Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsi, massiv " D" bina 13 - ün qarşısında, konkret olaraq binanın başında içməli su xətti partlayıb və nəticədə içməli su axıb gedir. Günlərlə axan su həyət - bacanı basıb! Sakinlər və binanın sədri Suraxanı rayonu Su-kanal İdarəsinin  qəza xidmətinə bu barədə telefonla məlumat vərəsələr də  bir müddət adını çəkdiyimiz qurumdan heç kim gəlib, mövcud problemi həll etməyib.

Lakin sakinlərin təkidli müraciətlərimdən sonra həmin idarənin əməkdaşları gəlib, partlayan su xəttinə bir qədər əl gəzdiriblər! Əlgəzdiriblər ona görə deyirik ki, problemi həll etməyiblər! İndi orda böyük bir su  çala yaranıb! Çalanın ətrafına mişar daşları düzülüb, ora qırmızı lent bağlanıb. Düz on güdən çoxdur ki, aidiyyəti qurum işi yarımçıq  qoyaraq çıxıb gediblər. Təhlükəli çala isə hələ də qalır! Hər gün binanın həyətinə gələn neçə-neçə avtomobil ordan keçərkən çətinliklə üzləşır.

Belə ki, yol daraldığına görə , maşınların altı yerə dəyər  və avtomobil sahibləri xeyli ziyana düşürlər! Hələ biz məktəbə gedən uşaqların o dərin çalaya düşməsini demirik! Bir sözlə, hər gün yarımçıq qalmış o yerdə  qəza şəraiti olur! Ona görə də Su-kanal İdarəsinin qəza xidməti rəhbərliyinin nəzərinə çatdırırıq ki, zəhmət çəkib, yarımçıq qoyub getdikləri işi başa çatdırsınlar  və çalanı təmirdən sonra doldursunlar!

Emil FAİQOĞLU