Trampdan Zelenskiyə irad: “O, bu müharibəyə son qoymaq istəmir”
ABŞ Prezidenti Donald Tramp, Rusiya ilə Ukrayna arasında sülh danışıqlarında "böyük irəliləyiş" əldə edildiyini iddia edərkən, Ukrayna Prezidenti Volodimir Zelenskini qlobal dizel bazarına ciddi zərər verən Rusiya dizel emalı zavodlarını hədəf aldığına və müharibəyə son qoymaq istəmədiyinə görə tənqid etdi.
Adalet.az xəbər verir ki, Prezident Tramp bu açıqlamanı “TruthSocial” hesabında bu haqda paylaşım edib.
Rusiya ilə Ukrayna arasındakı müharibədə sülh danışıqları aparmağa davam etdiyini bildirən Tramp, Rusiyanı danışıqlar masasından axmaqcasına uzaqlaşdıracaq bir şey etmək istəmədiyini söylədi. Tramp, mövcud girov danışıqları da daxil olmaqla, danışıqlarda böyük irəliləyiş əldə edildiyini deyib və istədiyi vaxt sülh sənədini imzalaya biləcəyini iddia edib.
Rusiyanın İrana kömək etmək üçün çox az, və ya heç nə etmədiyini bildirən Tramp bunları deyib:
“Mən bunu belə saxlamaq istəyirəm və axmaq insanlar müdaxilə etmədikcə belə saxlayacağam”.
Digər tərəfdən, Tramp Ukrayna Prezidenti Vladimir Zelenskini Rusiyadakı dizel emalı zavodlarını hədəf aldığına görə tənqid edib, çünki bunun ABŞ də daxil olmaqla qlobal dizel bazarlarına ciddi ziyan vuracağını bildirib. O, fermerlərin və digər müəssisələrin bu hücumlardan çox əziyyət çəkdiyini, lakin Rusiyanın hələ də dünyaya milyonlarla barel dizel yanacağını aşağı qiymətlərlə göndərdiyini söylədi.
Tramp daha sonra bunları əlavə edib:
“Zelenskinin vecinə deyil və açığı, Avropanın və saxtakar Coo Baydenin keçmişdə ona verdiyi bütün pullara baxmayaraq, o, bu müharibəni bitirmək istəmir və yəqin ki, heç vaxt da istəməyib. O, iki il əvvəl indikindən daha yaxşı bir razılaşma əldə edə bilərdi”.
Tramp qeyd edib ki, Zelenskinin ölkəsi xarabalığa çevrilib, ərazisinin çox hissəsi itirilib, kişi əhalisi yaralanıb və ya ölüb və o, Ukrayna ilə Rusiya arasındakı müharibənin bitməsini istəyir.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
19 Oktyabr 2026 12:29
Trampın Özbəkistana səfəri planlaşdırılır
19 Oktyabr 2026 12:09
"İran ABŞ-nin hücumlarına cavab verməyə hazırdır"
19 Oktyabr 2026 11:38
Biletlər daha da bahalaşa bilər - Aviaşirkətlərdən xəbərdarlıq
19 Oktyabr 2026 09:18
Yeni nazir raket istehsalçısı imiş - DOSYE
19 Oktyabr 2026 09:18
Kanadada hərbi bazada yanğın - 4 hərbçi öldü, 40-ı yaralandı
19 Oktyabr 2026 00:00
Tramp İsrail xalqına müraciət etdi
18 Oktyabr 2026 23:47
Bağçada uşaqları qurğuşunla zəhərləyən direktora ömürlük həbs cəzası verildi
18 Oktyabr 2026 23:38


Bakı -°C

