Paşinyan Rusiya sərhədçilərinin çıxarılmasını gündəmə gətirdi - Politoloq
“Ermənistan gələn ildən etibarən sərhədlərinin mühafizəsini tam şəkildə öz üzərinə götürməyi planlaşdırır. Bu istiqamətdə Rusiya sərhədçilərinin ölkədən çıxarılması məsələsi də gündəmdədir. Baş nazir Nikol Paşinyanın Rusiya sərhədçilərinə təşəkkür etməsi və Ermənistanın artıq öz sərhədlərini müstəqil şəkildə qorumaq imkanına malik olduğunu vurğulaması, əslində, Moskvaya ünvanlanmış siyasi mesajdır”.
Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
O, bildirib ki, Ermənistan xüsusilə Türkiyə və İranla sərhədlərində nəzarəti tam şəkildə öz üzərinə götürmək istəyir:
“Məlum olduğu kimi, hazırda bu sərhədlərin Türkiyə və İranla sərhəddə Rusiya sərhədçiləri xidmət aparır. Xüsusilə Ermənistanın İranla sərhədində Rusiya hərbçilərinin mövcudluğu rəsmi İrəvanın narahatlıq doğuran məsələlərindən biridir. Gələcəkdə Zəngəzur istiqamətində nəqliyyat kommunikasiyalarının açılması və Türkiyə ilə sərhədlərin normallaşması fonunda Ermənistan Rusiyanın sərhəd qüvvələrin sərhəd nəzarətində iştirakında maraqlı deyil. Ermənistan hökuməti təhlükəsizlik və sərhəd siyasətində Rusiyadan asılılığı azaltmaq istiqamətində yeni mərhələyə keçməyə çalışır”.
Politoloqun sözlərinə görə, Paşinyanın son açıqlamaları da Moskva üçün müəyyən mənada xəbərdarlıqdı:
“N.Paşinyan qeyd edir ki, Ermənistan artıq öz təhlükəsizlik siyasətini müstəqil şəkildə müəyyənləşdirmək niyyətindədir.Ermənistan sülh prosesinə sadiq qalmaq, regionda yeni əməkdaşlıq mühitinin formalaşmasında iştirak etmək və qonşu dövlətlərlə münasibətlərini normallaşdırmaq istəyirsə, Rusiyadan siyasi və hərbi asılılığını tədricən azaltmalıdır. Bu baxımdan, növbəti ildən etibarən yalnız Rusiya sərhədçilərinin deyil, Gümrüdə yerləşən Rusiya hərbi bazasının gələcək statusunun da Ermənistanın siyasi gündəliyinə daxil edilməsi istisna deyil”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
27 Noyabr 2026 10:13
Elçin Əmirbəyov Kanadada Zəngəzur dəhlizini müzakirə edib - FOTO
26 Noyabr 2026 17:24
Simonyan Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşüb
26 Noyabr 2026 14:00
Simonyan Azərbaycana səfər edəcəyini açıqladı
26 Noyabr 2026 13:34
“Tramp marşrutu” ilə bağlı mühüm qərar verildi
26 Noyabr 2026 12:29
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşüb - YENİLƏNİB
26 Noyabr 2026 12:21
Bakıdan sarsıdıcı zərbə olmasaydı...
26 Noyabr 2026 10:43
Rusiyanın ərazi tələbi danışıqları çətin vəziyyətə salır – Politoloq
26 Noyabr 2026 10:36


Bakı -°C

