13 Sentyabr 2024 19:39
448
DÜNYA

AB-nin İrana sanksiyasına Kiyevin reaksiyası

Ukrayna İranın Rusiyaya ballistik raketlər göndərməsinə cavab olaraq Avropa Birliyinin hazırladığı sanksiya tədbirlərindən razıdır.

Adalet.az xəbər verir ki, bu barədə Ukrayna xarici işlər naziri Andrey Sibiqa Kiyevdə litvalı həmkarı Qabrielius Landsberqislə birgə mətbuat konfransında bildirib.

"Həmkarlarımız bizi dinləyirlər. Onlar da bunun qarşısını almaq üçün tədbir görülməsi üçün addım atırlar. İndi biz Ukrayna xüsusi xidmət orqanları ilə əməkdaşlıq edərək bu məlumatı təsdiqləmək üçün tədbirlər görürük. Və bunun əsasında Ukrayna tərəfinin mövqeyi işlənəcək", - nazir deyib.