Mirziyoyev: COP29 çərçivəsində Bakı ilə imzalanan saziş "yaşıl enerji”nin Avropaya ixracına kömək edəcək
Bakıda keçirilmiş COP29 konfransı çərçivəsində Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında imzalanan strateji tərəfdaşlıq sazişi "yaşıl enerji”nin Avropaya ixracına kömək edəcək.
Adalet.az xəbər verir ki, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Əbu-Dabidə keçirilən Dayanıqlı İnkişaf Həftəsində çıxışı zamanı bildirib.
Özbəkistan lideri qeyd edib ki, ölkə enerji sahəsində qarşılıqlı əlaqələr vasitəsilə Böyük İpək Yolunun dirçəldilməsi üçün ilk addımları atıb. "Qazaxıstan və Azərbaycandan olan tərəfdaşlarımızla COP29 çərçivəsində bu yaxınlarda imzalanmış çoxtərəfli saziş "yaşıl enerji”nin Avropaya ixracına imkan verəcək. Biz Mərkəzi Asiyanın günəş, su və külək enerjisi, eləcə də "yaşıl hidrogen” istehsalı sahəsində nəhəng potensialının birgə reallaşdırılmasında maraqlıyıq", - Mirziyoyev bildirib.
Onun sözlərinə görə, Özbəkistan Dubayda və Bakıda keçirilən COP28 və COP29 sammitlərində, həmçinin beynəlxalq forumlarda qlobal iqlim dəyişikliyinin mənfi nəticələri ilə mübarizə üzrə bir sıra təşəbbüslər irəli sürüb.
"Bu, xüsusilə iqlim dəyişikliyinin səbəb olduğu Zərər və itkilərin qiymətləndirilməsi üzrə Beynəlxalq Mərkəzin yaradılması, çay ekosistemlərinin təhlükəsizliyinin təmin edilməsi və suya qənaət edən texnologiyaların tətbiqi üzrə Regional Mərkəzin təsis edilməsi, bitkilərin genetik ehtiyatları bankının formalaşdırılmasıdır", - prezident əlavə edib.
Digər Xəbərlər
13 Dekabr 2025 17:01
İndoneziyada ölənlərin sayı 1000-ə ÇATDI
13 Dekabr 2025 16:51
Ərdoğan: Türkiyə ordusunun Qəzzaya göndərilməsi...
13 Dekabr 2025 16:19
Ərdoğandan mərc oyunları barədə: Hansı klub olursa olsun...
13 Dekabr 2025 16:02
Tayland–Kamboca sərhədində döyüşlər şiddətləndi
13 Dekabr 2025 14:35
Ərdoğan: Rusiya-Ukrayna münaqişəsində sülh uzaqda deyil
13 Dekabr 2025 13:55
Rusiya bu gecə Ukraynaya son dövrlərin ən genişmiqyaslı hücumunu həyata keçirib
13 Dekabr 2025 00:33
GƏRGİNLİK PİK HƏDDƏ:Türkiyəyə məxsus yük gəmisi vuruldu - VİDEO - YENİLƏNİB
12 Dekabr 2025 23:56


Bakı -°C

