Bağçalı: Türk dünyasının gələcəyi...
Türk dünyasının gələcəyi ortaq irsin konkret nailiyyətlərə çevrilməsi ilə formalaşacaq.
Adalet.az "TRT Haber"ə istinadən xəbər verir ki, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) rəhbəri Dövlət Bağçalı Türk Dövlətləri Əməkdaşlıq Günü ilə bağlı yaydığı bəyanatda qeyd edib.
Bağçalı 2009-cu il oktyabrın 3-də "Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında" Naxçıvan Sazişinin türk dünyasında çoxtərəfli əməkdaşlığın institusional əsaslarının formalaşması baxımından mühüm dönüş nöqtəsi olduğunu bildirib.
O qeyd edib ki, 2021-ci ildə şuranın adının Türk Dövlətləri Təşkilatı (TDT) olaraq dəyişdirilməsi ilə türk dünyasındakı əməkdaşlıq daha geniş institusional xarakter alıb.
"Bu gün TDT dövlətlərinin ortaq məsələlərini məsləhətləşmə, həmrəylik və əməkdaşlıq anlayışı çərçivəsində müzakirə edən, siyasi, iqtisadi, mədəni və strateji sahələrdə əlaqələrin inkişafına töhfə verən mühüm beynəlxalq təşkilat kimi fəaliyyətini davam etdirir. Türk dünyasının gələcəyi tarixi yaddaşın qorunması, mədəni əlaqələrin gücləndirilməsi və malik olduğumuz ortaq irsin elm, texnologiya, iqtisadiyyat, təhsil və diplomatiya sahələrində konkret nailiyyətlərə çevrilməsi ilə formalaşacaq", – MHP lideri vurğulayıb.
Digər Xəbərlər
25 Oktyabr 2026 13:17
Dünya yenidən bölünür - Tramp, Putin və Szinpin görüşü
25 Oktyabr 2026 12:59
Tramp: Danimarka əla davrandı, Qrenlandiyanı bizə verdilər
25 Oktyabr 2026 10:42
İsrail və Yunanıstan birgə dəniz təlimləri keçiriblər
25 Oktyabr 2026 10:33
"Əgər Starlink söndürülərsə, Ukrayna cəbhəsi dərhal dağılacaq" - Mask
25 Oktyabr 2026 10:31
Britaniya 1000 gün ərzində müharibəyə hazır olmalıdır - Müdafiə naziri
24 Oktyabr 2026 18:00
Etiraza qalxan 135 nəfər saxlanıldı - Fransada
24 Oktyabr 2026 17:32
Ukrayna bir milyona film çəkməyi planlaşdırır
24 Oktyabr 2026 17:05


Bakı -°C

